Page 16 - Ferdinand de Sössür_Layout 1
P. 16
Ferdinand de Sössür
II fәsil
DİLÇİLİYİN MATERİALI VƏ
VƏZİFƏSİ. ONUN YAXIN
FƏNLƏRƏ MÜNASİBƏTİ
Dilçiliyin materialı, hәr şeydәn әvvәl, istәr ibtidai
xalqlarda, istәr mәdәni millәtlәrdә olsun, istәr bu vә ya digәr
dilin çiçәklәndiyi, istәrsә dә arxaiklәşdiyi zamanlarda, elәcә
dә onun böhran dövründә olsun – hәr bir mәrhәlәdә hәm
üzәrindә işlәnilmiş formanı, yaxud “әdәbi” dili, hәm dә adi
danışıq dili formasını, ümumiyyәtlә, bütün ifadә formalarını
ehtiva etmәklә insanın nitq fәaliyyәtinin bütün faktlarından
ibarәtdir. Ancaq bu, tam deyil... Nitq fәaliyyәti әksәr hallarda
bilavasitә müşahidәyә gәlmәdiyinә görә, dilçi yazılı mәtnlәri
uzaq keçmişin vә uzaq ölkәlәrin dili barәdә mәlumat verәn
yeganә mәnbә kimi qәbul etmәyә mәcbur olur. Dilçiliyin
vәzifәsi aşağıdakılardan ibarәtdir:
a) mümkün olan bütün dillәri tәsvir vә tarixi baxımdan
araşdırmaq; bu, bütün dil ailәlәrinin tarixini yaratmağa vә
imkan dairәsindә onların uludillәrini bәrpa etmәyә gәtirib
çıxarır;
b) bütün dillәrdә daimi vә universal şәkildә mövcud olan
amillәri müәyyәnlәşdirmәk, hәmin dillәrin tarixindәki ayrı-
ayrı hadisәlәri izah edә bilәcәk ümumi qanunları meydana
çıxarmaq;
c ) özünün sәrhәdini vә obyektini müәyyәn etmәk.
Dilçilik hәm onun faktlarından istifadә edәn, hәm dә ona
fakt verәn bir sıra digәr elmlәrlә çox sıx şәkildә bağlıdır. Onu
hәmin elmlәrdәn ayıran sәrhәdlәr heç dә hәmişә aydın olmur.
Mәsәlәn, dilә yalnız sәnәd kimi baxan etnoqrafiyadan vә
qәdim dünya tarixindәn dilçiliyi qәti şәkildә ayırmaq lazım
gәlir. Onu, hәmçinin insanı zooloji növ kimi öyrәnәn
16
antropologiyadan da fәrqlәndirmәk lazımdır, çünki dil sosial
hadisәdir. Elә isә, onu sosiologiyaya daxil etmәli deyilikmi?