Page 20 - Ferdinand de Sössür_Layout 1
P. 20
Ferdinand de Sössür
matika, filologiya vә s. qarşısında qapıları taybatay açmış
oluruq. Halbuki hәmin elmlәr metodoloji sәhv nәticәsindә
nitq fәaliyyәtinә öz obyektlәrindәn biri kimi müdaxilә edә
bilәrlәr.
Bizim fikrimizcә, bütün bu çәtinliklәrdәn yalnız bir çıxış
yolu var: lap әvvәldәn dil zәminindә durmaq, onu nitq fәaliy -
yәtinin bütün digәr tәzahürlәri üçün әsas (norma) hesab etmәk
lazım gәlir. Doğrudan da, çoxlu sayda ikitәrәfli hadisәlәr ara -
sında, görünür, yalnız dil müstәqil (autonome) müәyyәnliyә
malikdir vә fikir söylәmәk üçün etibarlı dayaq nöqtәsidir.
Bәs dil nәdir? Fikrimizcә, dil anlayışı nitq fәaliyyәti
anlayışı ilә ümumiyyәtlә uyğun gәlmir; dil nitq fәaliyyәtinin
yalnız müәyyәn hissәsi, lakin hәqiqәtәn dә, әn әsas hissә -
sidir. Kollektiv tәrәfindәn qәbul edilmiş zәruri şәrtiliklәrin
mәcmusu olan dil elә bir sosial mәhsuldur ki, hәr bir dil
daşıyıcısında mövcud olmaqla, nitq fәaliyyәtinin reallaş -
masını, funksiyadaşıma qabiliyyәtini tәmin edir. Bütöv -
lükdә, nitq fәaliyyәti müxtәliftәrәfli vә rәngarәngdir;
ay rı-ayrı sahәlәrә yayılaraq eyni zamanda fiziki, fizioloji vә
psixoloji olmaqla, hәm fәrdi, hәm dә sosial sferaya aiddir,
onu insanın hәyat hadisәlәrinin heç bir müәyyәn kate -
qoriyasına aid etmәk olmaz, çünki burada bütövlük yarat -
maq üsulu mәlum deyil.
Bunun әksinә olaraq, dil tәsnifatın ölçüsü (prinsipi)
olmaqla öz-özlüyündә bütövdür. Nitq fәaliyyәti hadisәlәri
arasında әsas yeri dilә vermәklә biz tәsnifata ümumiyyәtlә
uymayan hadisәlәr mәcmusuna tәbii qayda gәtiririk.
Tәsnifatın ölçüsü barәdә bizim irәli sürdüyümüz fikrә,
görünür, etiraz etmәk olar ki, bәs nitq fәaliyyәtinin möv -
cudluğu bizә tәbiәtin verdiyi qabiliyyәtә әsaslanır, halbuki
dil nә isә mәnimsәnilmişdir vә şәrtidir; belәliklә, tәbii
instinktә münasibәtdә dil asılı mövqe tutmalı, ondan yük -
sәkdә durmamalıdır.
Buna aşağıdakı şәkildә cavab vermәk olar:
20 Hәr şeydәn әvvәl, heç dә sübut edilmәmişdir ki, nitq
fәaliy yәti tәzahür etdiyi formada, dediyimiz kimi, nә isә