Page 24 - Ferdinand de Sössür_Layout 1
P. 24
Ferdinand de Sössür
dinləmə, danışma fonasiya
Bu tәhlil dolğunluq iddiasında deyil. Əlavә olaraq
akustik duyğunu, hәmin duyğunun gizli akustik obrazla
eynilәşdirilmәsini fonasiya vә ya danışmadan fәrqli olaraq
mütәhәrrik obrazı vә s. göstәrmәk olardı. Lakin biz yalnız
әhәmiyyәtli hesab etdiyimiz elementlәrә diqqәt yetirdik:
bizim sxemimiz fiziki elementlәri (sәs dalğalarını) fizioloji
(danışma, fonasiya vә dinlәmә) vә psixi (söz obrazları vә
anlayışlar) elementlәrdәn dәrhal ayırmağa imkan verir. Bu
zaman qeyd olunması fövqәladә dәrәcәdә vacibdir ki, söz
obrazı sәslәnmәnin özü ilә uyğun gәlmir, sәs obrazı da
bağlandığı anlayış qәdәr psixidir.
Bizim yuxarıda tәsvir etdiyimiz nitq aktı aşağıdakı
hissәlәrә ayrıla bilәr:
a) xarici hissә (ağızdan qulağa gedәn sәs dalğaları) vә
daxili hissә (yerdә qalan nә varsa hamısı);
b) psixi hissә vә qeyri-psixi hissә, bunlardan ikincisinә
hәm nitq orqanlarında baş verәn fizioloji hadisәlәr, hәm dә
insandan kәnardakı fiziki hadisәlәr daxildir;
c) aktiv hissә vә passiv hissә: danışanlardan birinin as-
sosiasiya doğuran mәrkәzindәn digәrinin qulağına gedәn nә
24 varsa aktiv, sonuncunun qulağından onun assosiasiya mәr -
kәzinә gedәn nә varsa passivdir.