Page 28 - Ferdinand de Sössür_Layout 1
P. 28
Ferdinand de Sössür
etdirmәk olar. Əslindә isә, nitqdә akustik obrazın real laş -
ması üçün vacib olan çoxlu sayda müxtәlif hәrәkәtlәri
nәzәrә almasaq, hәr bir akustik obraz, irәlidә görәcәyimiz
kimi, yalnız mәhdud sayda elementlәrin, yaxud fonemlәrin
mәcmusundan ibarәtdir ki, onları da öz növbәsindә yazıda
müvafiq sayda işarәlәrin kömәyi ilә әks etdirmәk olar. Mәhz
dil hadisәlәrinin әks olunması imkanı onun (dilin) düzgün
tәsvirini verәn lüğәt vә qrammatika yaratmağa sәbәb olur:
axı dil akustik obrazlar xәzinәsidir, yazı isә onu hiss olunan
(görünәn) formalarla tәmin edir.
28