Page 33 - Ferdinand de Sössür_Layout 1
P. 33

Ümumi dilçilik kursu

          tutduğu mövqeyә dillә bağlılıq dәrәcәsinә görә iddia hüququ
          olan fәnlәr mәcmusu öyrәnmәlidir.
             Belәliklә, nitq fәaliyyәtinin öyrәnilmәsi iki hissәdәn
          ibarәtdir: bunların biri әsasdır – onun predmeti dildir, yәni
          nәsә mahiyyәtcә sosial, fәrddәn asılı olmayan bir şeydir... bu
          elm tamamilә psixidir; o biri ikinci dәrәcәlidir – predmeti
          nitq fәaliyyәtinin fәrdi tәrәfidir, yәni fonasiyanı da daxil
          etmәklә, nitqdir... bu isә psixofizikidir.
              Heç şübhәsiz, hәmin predmetlәrin hәr ikisi bir-biri ilә
          sıx bağlı olmaqla, biri digәrini şәrtlәndirir: dil ona görә
          lazımdır ki, nitq anlayışları olsun, bununla da effekt versin;
          nitq isә ona görә lazımdır ki, dil tәşәkkül tapsın – tarixәn nitq
          faktı dildәn hәmişә qabaq gәlir. Əgәr nitq aktında anlayışla
          söz obrazı arasındakı assosiasiya әvvәlcәdәn yer tutmasaydı,
          hәmin assosiasiya necә mövcud olardı? Digәr tәrәfdәn,
          yalnız başqalarını dinlәmәklә biz öz ana dilimizi öyrәnirik,
          dil yalnız saysız-hesabsız tәcrübәlәr nәticәsindә bizim
          beynimizdә qәrarlaşır. Nәhayәt, dilin tәkamülü mәhz nitq
          hadisәlәri ilә şәrtlәnir: bizim dil vәrdişlәrimiz başqalarını
          dinlәyәrkәn aldığımız tәәssüratla dәyişir. Belәliklә, dillә nitq
          arasındakı qarşılıqlı asılılıq müәyyәn edilir: dil eyni zamanda
          nitqin hәm alәti (vasitәsi), hәm dә mәhsuludur. Lakin bütün
          bunlar dillә nitqin tamamilә iki müxtәlif şey olmasına әngәl
          törәtmir.
             Dil hәr bir kәsin beynindәki izlәr mәcmusu olaraq
          bütövlükdә kollektivdә mövcuddur; lüğәt kimi: tamamilә
          eyni olan nüsxәlәr müxtәlif şәxslәrin istifadәsindә ola bilәr.
          Belәliklә, dil hamının malik olduğu, eyni zamanda hamı
          üçün ümumi olan, kimlәrә mәnsubdursa, onların iradәsindәn
          kәnar bir şeydir. Dilin mövcudluğunun hәmin modulu
          aşağıdakı formulla tәsәvvür edilә bilәr:


             l+l+l+l.... = I (kollektiv örnәk)

                                                                      33
             Bәs hәmin bu kollektivin özündә nitq necә tәzahür edir?
          Nitq – insanlar nә danışırsa, onun hamısının mәcmusudur;
   28   29   30   31   32   33   34   35   36   37   38