Page 36 - Ferdinand de Sössür_Layout 1
P. 36
Ferdinand de Sössür
Bu bizi üçüncü mәtlәbә gәtirib çıxarır: dillә kilsә,
mәktәb vә s. tәsisatlar arasındakı münasibәtlәr öz növ -
bәsindә dilin әdәbi inkişafi ilә bağlıdır ki, hәmin hadisә
kifayәt qәdәr ümumidir vә siyasi tarixdәn ayrılmazdır.
Tәsәvvür edildiyinin әksinә olaraq, әdәbi dil әdәbiyyatı
onun üçün cızdığı sәrhәdlәri bütün istiqamәtlәrdә adlayır:
salonların, sarayların, akademiyaların dilә tәsirini xatırlamaq
kifayәtdir. Digәr tәrәfdәn, әdәbi dil ilә yerli dialektlәr ara -
sındakı kәskin kolliziyalar tamamilә tәbiidir. Dilçi kitab dili
ilә mәişәt dilinin qarşılıqlı münasibәtlәrinә dә nәzәr
yetirmәlidir, çünki hәr cür әdәbi dilin, mәdәniyyәt mәhsu -
lunun inkişafi onun sferasının tәbii sfera, yәni danışıq dili
sferası ilә yerlәrinin dәyişmәsinә gәtirib çıxarır.
Nәhayәt, dillәrin coğrafi yayılmasına, dialektlәrә bölün -
mәsinә dәxli olan hәr şey xarici dilçiliyә aiddir. Xarici
dilçiliklә daxili dilçilik arasındakı fәrqlәr mәhz bu sahәdә
xüsusi olaraq parodoksal görünür. Belә ki, coğrafi amil dilin
mövcudluğu ilә sıx surәtdә bağlıdır – lakin hәr halda, coğrafi
amil, hәqiqәtdә dilin özünün daxili orqanizminә toxunmur.
Tez-tez qeyd edirlәr ki, bu mәsәlәlәri dilin öyrәnilmә -
s indәn hәqiqi mәnada ayırmağa qәtiyyәn imkan yoxdur. Bu
mülahizә dilçilәrdәn reallığı bilmәlәri tәkidlә tәlәb edil -
dikdәn sonra xüsusilә güclәndi. Əslindә isә, bitkilәrin
orqanizmindәki dәyişikliklәr xarici amillәrin – torpağın, iq -
limin vә s. tәsiri altında baş verdiyi kimi, dilin dәyişmәlәri
dә xarici amillәrdәn bilavasitә asılı deyilmi? Görünür,
tamamilә aydındır ki, dili zәnginlәşdirәn texniki terminlәr
vә alınma sözlәrin izahı onların mәnşәlәri mәsәlәsinә
aydınlıq gәtirilmәdәn mümkün deyildir. Mәgәr bәzi dillәrin
tәbii, üzvi inkişafinı onların әdәbi dil kimi süni formala -
rından, yәni xarici amillәrlә şәrtlәnәn vә nәticә etibarilә
qeyri-üzvi olan formalarından ayırmaq mümkündürmü? Vә
mәgәr biz görmürükmü ki, koyne yerli dialektlәrlә bir sırada
necә inkişaf edir?
36 Biz “dilçilikxarici”, yәni dildәnkәnar hadisәlәrin öyrә -
nilmәsini olduqca әhәmiyyәtli hesab edirik, lakin onlarsız