Page 37 - Ferdinand de Sössür_Layout 1
P. 37
Ümumi dilçilik kursu
dilin daxili orqanizminin dәrk olunmayacağını düşünmәk dә
sәhv olardı. Nümunә üçün әcnәbi sözlәrin alınmasını gö -
türәk. Hәr şeydәn әvvәl, demәk lazımdır ki, alınmalar dilin
hәyatında daimi element deyil. Bir sıra tәcrid olunmuş
vadilәrdә elә lәhcәlәr var ki, heç zaman kәnardan bir dәnә
dә olsun süni termin almamışdır. Mәgәr demәk olarmı ki,
hәmin lәhcәlәr normal nitq fәaliyyәti şәraitindәn kәnarda
qalmışlar, onlar hәmin şәrait baradә heç düşünmürlәr,
qarışmaya mәruz qalmadıqlarına görә “teratoloji” yanaşma
tәlәb edirlәr? Burada başlıca cәhәt ondan ibarәtdir ki, alınma
söz bu vә ya digәr dilin sistemi daxilindә öyrәnilmә obyekti
oldusa, artıq ona elә-belә baxmaq olmaz; çünki alınma da
hәmin dildә yerli mәnşәdәn olan digәr sözlәr kimi yalnız
onunla assosiasiyaya girәn başqa sözlәrlә münasibәtdә vә
qarşılaşmada mövcuddur. Ümumiyyyәtlә desәk, bu vә ya
digәr dilin inkişaf etdiyi şәraiti bilmәyә heç bir ehtiyac
yoxdur. Bәzi dillәr, mәsәlәn, Avesta, yaxud әski slavyan
mәtnlәrinin dillәri baradә dәqiq mәlum deyil ki, bu dillәrdә
hansı xalqlar danışmışlar; lakin bunun bilinmәmәsi onları
öz-özlüyündә öyrәnmәyә vә dәyişmәlәrini araşdırmağa
mane olmur. Hәr bir halda hәr iki baxışın ayrılması qaçıl -
mazdır vә buna nә qәdәr ciddi әmәl olunsa, o qәdәr yaxşıdır.
Ən yaxşı sübut isә ondan ibarәtdir ki, hәr iki baxış öz
xüsusi metodunu yaradır. Xarici dilçilik sistemin mәngәnәsi
tәrәfindәn sıxışdırıldığını hiss etmәdәn bir tәfәrrüatı o birinin
üzәrinә yığa bilәr. Mәsәlәn, hәr bir müәllif dilin әrazisindәn
kәnar yayılmasına aid faktları öz baxışlarına uyğun
qruplaşdıracaq dır; dialektlәrlә yanaşı әdәbi dilin yaratdığı
amillәrin izahı zamanı hәmişә sadә barmaqhesabından
istifadә etmәk olar; әgәr faktlar müәllifin sәrәncamında bu
vә ya digәr dәrәcәdә sistematik şәkildәdirsә, bu, istisnasız
olaraq, şәrhin marağı üçün edilir.
Daxili dilçiliyә münasibәtdә mәsәlә tamamilә başqa
cürdür: burada hәr hansı sәrbәst sәrәncam mümkün deyildir.
Dil yalnız özünәmәxsus qaydalara tabe olan sistemdir. Nәyin 37
xarici, nәyin isә daxili olduğunu izah etmәk üçün kifayәt