Page 39 - Ferdinand de Sössür_Layout 1
P. 39
Ümumi dilçilik kursu
VI fәsil
DİLİN YAZI VASİTƏSİLƏ ƏKSİ
§1. Yazının öyrәnilmәsınin vacibliyi
Belәliklә, bizim öyrәndiyimiz elmin konkret predmeti
hәr bir kәsin beynindә әks olunan sosial mәhsul, yәni dildir.
Lakin hәmin mәhsul hәr bir dil qrupunda özünәmәxsusdur:
bizә konkret olaraq müxtәlif dillәr verilmişdir. Dilçi imkan
daxilindә daha çox dil bilmәlıdir ki, üzәrindә müşahidә
aparmaq vә aralarında müqayisә etmәk yolu ilә onlarda
universal olan hәr şeyi üzә çıxarsın.
Bununla yanaşı, biz dillәrlә daha çox ancaq yazı
formasında tanışıq. Hәtta öz ana dilimizә münasibәtimizdә
dә vasitәçi rolunda adәtәn yazılı mәnbә çıxış edir. Elә ki
mәsafәcә bizdәn uzaqda olan dildәn söhbәt gedir, yazılı
şahidliyә meyil daha çox lazım gәlir. Artıq mövcud olmayan
dillәrә münasibәtdә isә yazı, ümumiyyәtlә, yeganә mәlumat
mәnbәyidir. Bütün hallarda bilavasitә mәlumatla ra malik
olmaq yalnız o halda mümkün ola bilәr ki, hazırda Vyana vә
Parisdә edilәnlәr daha әvvәllәr artıq edilmiş olaydı – biz
bütün dillәrin fonoqrafik nümunәlәrinin toplanmasını
nәzәrdә tuturuq. Vә hәr halda, indiki vәziyyәtdә belә, bü
üsulla mühafizә edilmiş mәtnlәr barәdә başqalarına mәlumat
vermәk üçün yazıya müraciәt etmәk lazım gәlir.
Belәliklә, yazı öz-özlüyündә dilin daxili sisteminә yad
olsa da, ondan bütünlüklә uzaqlaşmaq olmaz: axı bu elә bir
texnikadır ki, dil onun kömәyi ilә fasilәsiz ifadә edilir. Dilçi
onun üstünlüklәrini dә, çatışmazlıqlarını da, eyni zamanda
ona müraciәt edәrkәn ortaya çıxan tәhlükәlәri dә bilmәlidir.
39