Page 34 - Ferdinand de Sössür_Layout 1
P. 34
Ferdinand de Sössür
ona a) danışanların iradәsindәn asılı olan fәrdi kombina -
siyalar, b) eyni dәrәcәdә hәm danışanların iradәsindәn asılı
olan, hәm dә hәmin kombinasiyaların reallaşması üçün lazım
gәlәn fonasiya aktları daxildir.
Nәticә etibarilә, nitqdә kollektiv olan heç nә yoxdur:
onun tәzahürü fәrdi vә anidir; burada xüsusi halların,
aşağıdakı formulda göstәrildiyi kimi, mәcmusundan başqa
heç nә yoxdur:
/
///
//
(l + l +l +l +...)
Bütün bu mülahizәlәrә әsaslanaraq, dillә nitqi eyni bir
baxış bucağı altında birlәşdirmәk mәnasız olmazdı. Bütöv
şәkildә götürüldükdә nitq fәaliyyәti dәrkolunmazdır, çünki
eynicinsli deyil; bizim tәqdim etdiyimiz fәrqlәndirmә vә iye -
rarxiya, pillәvarilik (subordination) isә hәr şeyin izahını
verir.
Nitq fәaliyyәti nәzәriyyәsinin yaradılmasına başlayan
kimi tәsadüf olunan ilk dixotomiya bu cürdür. İki yoldan
birini seçib, digәrindәn asılı olmadan hәmin yolu getmәk
lazımdır, eyni zamanda iki yolla getmәk olmaz.
Uzaq başı, hәr iki fәnn üçün “linqvistika” adını saxlamaq,
nitq linqvistikasını da qәbul etmәk olar. Bununla belә, onu,
sözün hәqiqi mәnasında, linqvistika ilә, yeganә obyekti dil
olan linqvistika ilә qarışdırmaq olmaz.
Biz istisnasız olaraq sonuncu ilә (dillә) mәşğul olacağıq
– hәrçәnd şәrh prosesindә bәzәn nitqin öyrәnildiyi sahәdәn
dә nә isә әxz etmәk lazım gәlәcәk, lakin hәmişә çalışacağıq
ki, bu iki sahәni ayıran sәrhәdi pozmayaq.
34