Page 31 - Ferdinand de Sössür_Layout 1
P. 31
Ümumi dilçilik kursu
eyni qәbildәn olan başqa sistemlәrlә onun hansı ümumi
cәhәtlәrinin olduğuna diqqәt yetirmәlidir. İlk baxışdan
olduqca әhәmiyyәtli görünәn bir çox linqvistik faktorlara
(mәsәlәn, nitq orqanlarının fәaliyyәtinә) yalnız ikinci
növbәdә baxmaq lazımdır, çünki onlar ancaq dilin semioloji
sistem mәcmusundan ayrılmasına xidmәt edir. Belәliklә,
semiologiya yalnız dilçilik problemlәri üzәrinә işıq salmır,
biz güman edirik ki, ayinlәrә, adәt-әnәnәlәrә vә s. işarә kimi
baxarkәn bütün bu hadisәlәr tamamilә yeni şәkildә görünür.
Vә belәliklә, onların hamısını semiologiyanın çәrçivәsindә
birlәşdirәrәk hәmin elmin qanunları ilә izah etmәk ehtiyacı
yaranır.
31