Page 30 - Ferdinand de Sössür_Layout 1
P. 30
Ferdinand de Sössür
tapmağa nail olsaq, bu, yalnız ona görә mümkün olacaq ki,
biz dili semiologiya ilә әlaqәlәndiririk.
Nә üçün semiologiya hәlә dә hәr hansı elm kimi öz xü-
susi tәdqiqat obyekti olan müstәqil elm sayılmır? Mәsәlә
burasındadır ki, indiyә qәdәr adәt edilmiş dairәdәn çıxmaq
heç kәsә nәsib olmamışdır: bir tәrәfdәn semioloji prob -
lemlәrin xarakterini anlamaq üçün dil qәdәr münasib bir
şey yoxdur; digәr tәrәfdәn hәmin problemlәri lazımi
şәkildә qarşıya qoymaq üçün dili necә varsa, o cür
öyrәnmәk lazımdır, halbuki dili indiyә qәdәr, demәk olar
ki, nәsә başqa bir şeydәn asılı olaraq, fәrqli nәzәr
nöqtәsindәn öyrәnmәyә cәhd göstәrmişlәr.
Hәr şeydәn әvvәl, dilә yalnız nomenklatur kimi baxan
geniş xalq kütlәsinin sәthi baxışı mövcuddur ki, bu, dilin әsl
tәbiәtini araşdırmaq imkanının özünü aradan qaldırır.
Sonra, psixoloqların işarәnin mexanizmini fәrddә
öyrәnәn baxışı mövcuddur; bu, әn asan metoddur vә fәrdi
nitq aktından o tәrәfә keçmir, mahiyyәtcә sosial olan işarәyә
toxunmur.
İşarәni ictimai hadisә kimi öyrәnmәyin vacibliyini
bilәnlәr dә dilin yalnız o cәhәtlәrinә diqqәt yetirirlәr ki,
hәmin cәhәtlәr onu az vә ya çox dәrәcәdә bizim iradәmizdәn
asılı olan digәr ictimai tәsisatlarla әlaqәlәndirir. Vә belәliklә,
ya bütünlüklә semioloji sistemә, ya da onun bir hissәsi olan
dilә aid cәhәtlәri bir tәrәfә atmaqla, mәqsәddәn yayınırlar.
İşarә hәmişә müәyyәn dәrәcәdә hәm fәrdi, hәm dә sosial
iradәdәn qaçır ki, onun ilk baxışda az әhәmiyyәtli, lakin әsas
cәhәti burada üzә çıxır.
Hәmin cәhәt daha aydın şәkildә mәhz dildә özünü
göstәrir, bununla belә, elә bir sahәdә diqqәti çәkir ki, әn az
öyrәnilmiş sahә olaraq qalır; nәticәdә, semiologiyanın vacib -
liyi, yaxud xüsusi gәrәkliyi aydınlaşdırılmamış qalır. Bizim
üçünsә dilçiliyin problemlәri, hәr şeydәn әvvәl, semioloji
problemlәrdir. Vә bizim mülahizәlәrimizin bütün gedişi
yalnız bu әsas müddәanın işığında әhәmiyyәt kәsb edir. Kim
30
dilin әsl tәbiәtini aşkar etmәk istәyirsә, hәr şeydәn әvvәl,