Page 25 - Ferdinand de Sössür_Layout 1
P. 25
Ümumi dilçilik kursu
Nәhayәt, beyindә lokallaşan psixi hissәnin daxilindә
aktiv nә varsa hamısını (a→o) ekzekutiv, passiv nә varsa
hamısmı (o→a) reseptiv adlandırmaq olar.
Buraya assosiasiya vә koordinasiya qabiliyyәtini dә әlavә
etmәk lazımdır; işarәlәrә qarşılıqlı әlaqә şәraitindә baxmağa
başladıqda bu, dәrhal ortaya çıxır: mәhz hәmin qabiliyyәt
dilin sistem kimi tәşkilindә әsas rol oynayır.
Lakin hәmin rolu düzgün dәrk etmәk üçün özünü yalnız
nitq fәaliyyәtinin doğuluşu kimi tәqdim edәn nitq aktından
ayrıca hadisә olaraq uzaqlaşıb, sosial hadisә olan dilә
keçmәk lazımdır. Yuxarıda göstәrildiyi kimi nitq fәaliy -
yәtinin kömәyi ilә ünsiyyәtdә olan bütün şәxslәrdә istәr-
istәmәz müәyyәn dәrәcәdә eynilәşdirmә gedir: onların
hamısı, әlbәttә, biri digәrini tamamilә tәkrar etmәdәn, eyni
işarәlәri eyni anlayışlarla әlaqәlәndirәrәk danışırlar.
Bu sosial “kristallaşma”nın sәbәbi nәdir? Nitq aktının
hansı hissәlәri bunun üçün cavabdehlik daşıyır? Axı böyük
ehtimalla, hәmin hissәlәrin hamısı bu sahәdә eyni cür iştirak
etmir.
Fiziki hissәdәn dәrhal imtina etmәk olar. Bizә tanış ol-
mayan dildә hәr hansı danışığa qulaq asarkәn, yalnız sәslәri
eşidirik, nә danışıldığını anlamırıq, deyilәnlәr bizim üçün
sosial fakt tәşkil etmir.
Nitq aktının psixi hissәsi dә “kristallaşma”da az iştirak
edir; onun ekzekutiv tәrәfinin bu mәsәlәyә ümumiyyәtlә
qarışacağı yoxdur, çünki icra heç zaman kollektivә aid ola
bilmәz, hәmişә fәrdidir vә bütövlüklә fәrdin sәrәncam ın -
dadır – biz onu nitq adlandıracağıq. Danışanlarda hamı üçün
tәxminәn eyni olan psixi obrazların formalaşması reseptiv
vә koordinativ qabiliyyәtlәrin funksionallaşma sı ilә şәrtlәnir.
Bu sosial mәhsulu necә tәqdim edәk ki, dil başqa şeylәrdәn
tamamilә ayrılsın, xüsusilәşsin? Əgәr biz bütün fәrdlәrdә
toplanmış söz obrazlarının hamısını cәm edib bir yerә
yığmaq gücündә olsaydıq, mәhz dili yaradan hәmin sosial
әlaqәni tapardıq. Dil – hәr hansı bir ictimai kollektivә mәn - 25
sub olan hәr bir kәsdә nitq praktikası ilә mәnimsәnilib