Page 10 - Ferdinand de Sössür_Layout 1
P. 10
Giriş
I fәsil
DİLÇİLİK TARİXİNƏ ÜMUMİ
BAXIŞ
Dilçilik özünün әsl vә yeganә obyektinin nә olduğunu
dәrk edәnә qәdәr üç ardıcıl inkişaf mәrhәlәsindәn keçmişdir.
Dilçiliyin әsası, әgәr belә demәk mümkünsә, “qram-
matika” ilә qoyulmuş dur. Əvvәlcә yunanlarda meydana
çıxan, sonralar әsas etibarilә Fransada inkişaf edәn bu fәnn
mәntiqә әsaslandığı üçün dilә elmi vә obyektiv baxışdan
mәhrum idi: Qrammatikanın yeganә mәqsәdi düzgün for-
malarla yanlış formaları fәrqlәndirmәk üçün qaydalar tәrtib
etmәk idi. Bu, әsl müşahidәdәn tamamilә uzaq, normativ bir
fәnn olduğundan, onun baxış dairәsi dar çәrçivәdә idi.
Sonralar filologiya meydana çıxdı. Hәlә әvvәllәr dә
İskәndәriyyәdә “Filoloji” mәktәb olmasına baxmayaraq, bu
termin, başlıca olaraq, әsası 1777-ci ildә Fridrix Avqust Volf
tәrәfindәn qoyulmuş vә bizim günlәrә qәdәr davam edәn elmi
istiqamәti göstәrmәk üçün işlәdilir. Filologiyanın yeganә
obyekti dil deyil; onun mәqsәdi, hәr şeydәn әvvәl, mәtnlәri
izah vә şәrh etmәkdir. Bu әsas mәqsәd, eyni zamanda, onu
әdәbiyyatın, mәişәtin, sosial tәsisatların vә s. tarixi ilә mәşğul
olmağa gәtirib çıxarır. Hәr sahәdә filologiya öz mәxsusi meto-
dunu – mәnbәlәrin tәnqidi metodunu tәtbiq edir. Əgәr
filologiya dilçilik mәsәlәlәrinә toxunursa, burada başlıca
mәqsәd müxtәlif dövrlәrә aid mәtnlәri müqayisә etmәk, bu
vә ya digәr müәllifә xas olan dili müәyyәnlәşdirmәk, arxaik,
yaxud o qәdәr dә tanınmayan dillәrdәki kitabәlәrin şifrәsini
açmaq vә izah etmәkdir. Şübhәsiz, mәhz bu tipli araşdırmalar
tarixi dilçilik üçün yol açmışdır: Riçlin Plavt haqqındakı
әsәrlәri artıq “dilçilik” adlandırıla bilәr. Lakin bu sahәdә
10
filoloji tәnqidin bir mühüm qüsuru var: yazılı dilә qarşı bir
kölә sәdaqәti göstәrildiyi halda, canlı dil unudulur vә nәticәdә