Page 5 - Ferdinand de Sössür_Layout 1
P. 5
Birinci nәşrә ön söz
erdinand de Sössürün söhbәtlәrindә onun özünün dә
Fistedadını üzә çıxaran linqvistika sahәsinin prinsip vә
metodları ilә bağlı dәfәlәrlә giley-güzar eşitmişik. O, bütün
hәyatı boyu usanmadan elә әsaslı qanunlar axtarırdı ki, onlara
söykәnәrәk düşüncәlәrini ifadә edә bilsin. Yalnız 1906-cı ildә
Cenevrә Universitetindә Vertgeymerdәn sonra kafed raya
rәhbәrlik edәn zaman o, uzun illәr daşıdığı ideyalarını açıq
şәkildә şәrh elәmәk imkanı qazandı: ümumi dilçiliyә dair
1906–1907, 1908–1909 vә 1910–1911-ci illәrdә üç kurs mü -
hazirә oxudu. Doğrudur, proqramın tәlәblәri onu mәcbur
edirdi ki, hәr kursun yarısını hind-Avropa dillәrinin tәsvirinә,
tarixinә hәsr etsin: ona görә dә mühazirәlәrin әsas mövzusunu
tәşkil edәn mühüm bölmәlәri xeyli qısaltmalı olurdu.
De Sössürün müxtәlif ideyalarla zәngin mühazirәlәrini
dinlәyәn hәr kәs onların ayrıca kitab şәklindә nәşr edil -
mәmәsinә tәәssüflәnmişdir. Müәllimimizin vәfatından sonra
xanımının lütfkarlıqla ixtiyarımıza verdiyi әlyazmalarında
hәmin dahiyanә mühazirәlәrin tam, yaxud heç olmasa
müәyyәn qәdәr yararlı bir mәtnini tapmağa ümid edirdik;
düşünürdük ki, dinlәyicilәrin qeydlәrindәn dә istifadә etmәklә,
de Sössürün әlyazmasını adi redaksiya düzәlişlәri ilә nәşr
etmәk mümkün olacaqdır. Amma demәk olar ki, tәlәbәlәrinin
konspektlәri ilә uyğun gәlәn heç nә tapa bilmәdik; o, öz
mühazirәlәrindә şәrh etdiyi ideyaların ümumi şәkildә әks
olunduğu qaralamaları lazımsız sayaraq dәrhal mәhv etmişdi.
Biz onun yazı stolunda, müәyyәn dәyәri olsa da, tam istifadәyә, 5
elәcә dә dinlәyicilәrin hәmin kurslardakı qeydlәri ilә bir -