Page 45 - Ferdinand de Sössür_Layout 1
P. 45
Ümumi dilçilik kursu
Hәmin sәbәb bütün zamanlarda mövcud olmuşdur: mә -
sәlәn, fransızca yumşaq l yota çevrilmişdir: evƐje, muje dedik -
lәri halda veiller ‘oyatmaq’, mouiller ‘islatmaq’ yaz maq da
davam etmişlәr.
Yazılış ilә tәlәffüz arasındakı ziddiyyәtin bir sәbәbi dә
budur: nә vaxt ki bir xalq başqasından onun әlifbasını alır,
çox hallarda yad qrafik sistemin vasitәlәri öz yeni funk -
siyasına yaxşı uyğunlaşmadığına görә müәyyәn fәnd işlәt -
mәk lazım gәlir, mәsәlәn, bir sәsi tәsvir etmәk üçün iki
hәrf dәn istifadә edilir. German dillәrindә ƀ sәsi (kar diş
frikativi) belә olmuşdur: latın әlifbasında müvafiq işarә
olmadığından, onu th ilә ifadә etmişlәr. Merovinq kralı Xil -
perik latın hәrflәrinә hәmin sәs üçün xüsusi işarә әlavә
etmәyә cәhd göstәrmiş, ancaq buna nail olmamışdır. Ənәnә
th-in işlәdilmәsinә üstünlük vermişdir. Orta әsrlәr ingilis
dilindә iki e olmuşdur: qapalı (mәsәlәn, sed ‘ailә’) vә açıq
(mәsәlәn, led ‘aparmaq’) ; әlifbada bu iki sәs üçün müxtәlif
işarәlәr olmadığına görә seed vә lead yazmağı qәbul etmişlәr.
Fransız dilindә fışıltılı ʃ-nın tәsviri üçün ikiqat işarәyә (ch)
müraciәt etmişlәr vә s. vә i.
Etimoloji xarakterli mülahizәlәr dә mövcuddur: bәzi
dövrlәrdә, mәsәlәn, İntibah dövründә onlar aparıcı rol
oynamışdır. Bu halda orfoqrafıya olduqca tez-tez yalançı
etimologiyanın tәzyiqi ilә qurulmuşdur: mәsәlәn, fransızca
poids ‘çәki’ sözünün kökünün latınca pondus ‘çәki’yә gedib
çıxdığını güman edәrәk, onun tәrkibinә d - sәsini daxil
etmişlәr. Əslindә isә o, latın dilindәki pensum ‘yüksәldil -
miş’dәn törәmişdir. İş onda deyil ki etimoloji yazı prinsipi
doğru, ya yanlış tәtbiq olunmuşdur – prinsipin özü yanlışdır.
Elә hallar da var ki, sәbәb, ümumәn, yoxdur: orfoqra fi -
yanın bәzi qәribәlik lә ri etimoloji baxımdan da özünü doğ -
rultmur. Mәsәlәn, nә üçün alman dilindә tun ‘etmәk’ yerinә
thun yazırlar? Deyirlәr ki, guya h hәrfi t samitinin nәfәslilik
xarakterini ifadә edir. Elә isә gәrәk h nәfәsliliyin olduğu hәr
45
yerdә işlәnsin, halbuki bir çox sözdә o, heç zaman yazılma -
mışdır (müqayisә et: Tugend ‘xeyirxah’, Tisch ‘stol’ vә s.).