Page 50 - Ferdinand de Sössür_Layout 1
P. 50
Ferdinand de Sössür
VII fәsil
FONOLOGİYA
§l. Fonologiyanın tәrifi
Nitqin yazı vasitәsilә yaradılmış hissi obrazından düşün -
cәmizin gücünә azad olmağa cәhd edәrkәn, biz nә edәcә -
yimizi bilmәdiyimiz formasız kütlә ilә qalmaqla risk etmiş
oluruq. Ağıla nicat kәmәri indicә çıxarılmış insana üzmәk
öyrәdilmәsi sәhnәsi gәlir. Süni olanı mümkün qәdәr tez tәbii
olanla әvәz etmәk lazımdır, lakin nә qәdәr ki dilin sәslәri
yaxşı öyrәnilmәmişdir, bu mümkün deyil; qrafik tәsvirdәn
azad olmuş sәslәr nәdәnsә bizә olduqca qeyri-müәyyәn
gәlir. Ona görә dә, aldadıcı da olsa, qrafik istinada üstünlük
vermәyә çalışırıq. İlk dilçilәr dә artikulyasiya olunan
sәslәrin fiziologiyası barәdә heç nә bilmәdik lәrindәn, mәhz
bu cür mәtlәbdәn yayınmışlar; hәrflәrdәn ayrı düşmәk onlar
üçün ayaqları altındakı torpağı itirmәk demәk idi. Bizim
üçünsә bu, hәqiqәtә doğru atılmış ilk addımdır, belә ki, biz
lazım olan istinadı sәslәrin özünü öyrәnmәkdә tapırıq. Ən
yeni dövrün dilçilәri, nәhayәt ki, bunu başa düşdülәr:
başqaları (fızioloqlar, mahnı nәzә riyyәçilәri vә s.) tәrәfindәn
başlanmış axtarışlara qoşul maqla onlar dilçiliyi qrafik sözün
tabeçiliyindәn qurtararaq kömәkçi elmlәrlә zәngin lәş -
dirdilәr.
Sәslәrin fiziologiyası (almanca Laut – vә ya Sprach -
physiologie) adәtәn fonetika (almanca Phonetik, ingiliscә
phonetics) adlanır. Hәmin termin bizә münasib görünmür.
Onu fonologiya termini ilә әvәz edirik, çünki fonetika әvvәl
sәslәrin tәkamülü haqqındakı tәlimi ifadә etmişdir, indi dә
hәmin anlayışı bildirmәlidir; eyni ad altında tamamilә fәrqli
iki fәnni qarışdırmaq yolverilmәzdir. Fonetika tarixi elmdir:
o hadisәlәri, dәyişmәlәri araşdırır vә zaman daxilindә hәrә -
50
kәt edir. Fonologiya zamandan kәnarda mövcüddur, belә ki,