Page 51 - Ferdinand de Sössür_Layout 1
P. 51
Ümumi dilçilik kursu
artikulyasiyanın mexanizmi kimi hәmişә özü özünün eyni
olaraq qalır.
Hәmin iki fәnnin uyğun gәlmәmәsi bir yana, onlar heç
qarşılaşdırıla da bilmәz. Fonetika dil haqqındakı elmin
şöbәlәrindәn biridir; fonologiya isә (biz bunda tәkid edirik)
dil haqqındakı elm üçün ancaq kömәkçi fәnn olmaqla,
nitqdәn bәhs edir. Görünür, tәsәvvür etmәk çәtindir ki, dil
möv cud olmasaydı, nitq üzvlәrinin hәrәkәti nәyә xidmәt
edәrdi. Lakin dili onlar yaratmır. Vә nitq üzvlәrinin hәr bir
akustik tәәssüratın istehsalı üçün vacib olan bütün hәrә -
kәtlәrini izah edәrkәn biz bununla qәtiyyәn dil prob lemlәrini
aydınlaşdırmırıq. Rәngbә rәng ilmәlәrin görüntü vasitәsilә
qarşılaşdırılması yolu ilә yaradılmış bәdii xalça sәnәt әsәri
olduğu kimi, dil dә akustik tәәssüratların psixi qarşılaşdırıl -
masına әsaslanan sistemdir. Vә bu cür bәdii әsәrin analizi
üçün hәr bir rәngin alınması üsulları deyil, hәmin qarşılaşdır -
maların oyunları әhәmiyyәtlidir.
Fonologiya sisteminin oçerkini irәlidә tәqdim edәcәyik.
Burada yalnız onu nәzәrdәn keçirәk ki, yazının illüziyala -
rından xilas olmaq üçün dilçilik hәmin elmin hansı kömәyinә
ümid edә bilәr.
51