Page 56 - Ferdinand de Sössür_Layout 1
P. 56
Ferdinand de Sössür
doğurmur ki, o, әvvәlki dövrdә dә mövcud olmuşdur. Biz
dәqiq bilmirik ki, z qәdim yuxarı alman sözü wazer ‘su’da
nәyi işarә edir, lakin oriyentasiya nöqtәlәri olaraq, bir
tәrәfdәn daha qәdim water, başqa tәrәfdәn müasir forma
Wasser vardır. Nәticә etibarilә, bu z sәsi t vә s arasındadır.
Biz onun yalnız s, yaxud yalnız t ilә yaxın olması barәdәki
hәr cür hipotezi bir tәrәfә ata bilәrik; mәsәlәn, bu hәrfin
damaq sәsini ifadә etdiyini düşünmәk düzgün deyil, çünki
iki diş artikulyasiyası arasında yalnız diş sәsini tәsәvvür
etmәk olar.
Sәciyyә etibarilә müxtәlif ola bilәn dolayı göstәrişlәr.
Yazılış rәngarәngliyindәn başlayaq. Qәdim yuxarı alman
dilinin müәyyәn dövründә wazer ‘su’, zehan ‘on’, ezan
‘vardır’ yazmışlar, lakin heç zaman wacer, cehan vә s.
yazmamışlar. Əgәr, başqa tәrәfdәn, hәm esan, hәm dә essan
a, hәm waser, hәm dә wasser ә vә s. rast gәlinirsә, buradan
nәticә çıxarmaq olar ki, z hәrfi s-ya olduqca yaxın sәslәnmiş,
lakin hәmin dövrdә c ilә ifadә olunmuş sәsdәn xeyli
fәrqlәnmişdir. Əgәr bunun ardınca wacer vә s. tipli formaya
tәsadüf olunma başlayırsa, bu onu göstәrir ki, әvvәl hәr halda
fәrqlәnәn hәmin iki fonem az vә ya çox dәrәcәdә üst-üstә
düşmüşdür.
Poetik mәtnlәr tәlәffüzü öyrәnmәk üçün qiymәtli mate -
rialdır; şeir sәnәti sistemi hecaların sayı, onların kәmiyyәti
(uzunluğu), ayrı-ayrı sәslәrin tәkrarı (alliterasiya, assonans,
qafıyә) ilә bağlıdır; poetik mәtnlәr özündә fonologiyanın
müvafıq mәsәlәlәrinә dair qiymәtli mәlumatlar hifz edә
bilәr. Yunan dilindә bir sıra uzun saitlәr qrafik olaraq
fәrqlәndirilir (mәsәlәn, [ӧ] ω qrafemi ilә ifadә olunur),
bәzilәri isә yox. Vә belәliklә, a, i vә ya u-nun kәmiyyәtini
şairlәrdәn öyrәnmәk lazım gәlir. Köhnә fransız dilindә, yeri
gәlmişkәn, qafiyә onu müәyyәn etmәyә imkan verir ki, gras
‘yağlı’ vә faz (latınca faciö ‘edirәm’) sözlәrindә son samitlәr
hansı dövrә qәdәr fәrq lәnmiş vә hansı vaxtdan bir-birinә
56
yaxınlaşaraq üst-üstә düşmüşlәr. Qafiyә vә assonans bizә
onu da göstәrir ki, köhnә fransız dilindә latınca a-dan