Page 57 - Ferdinand de Sössür_Layout 1
P. 57
Ümumi dilçilik kursu
törәnmiş bütün e-lәr (mәsәlәn, patrem dәn p re ‘ata’, talem
dәn tel ‘bu cür’, mare dәn mer ‘dәniz’) başqa e-lәrdәn
tamamilә fәrqli sәsә malik olmuşlar. Hәmin sözlәr ell ‘o’
(latınca illa-dan), vert ‘yaşıl’ (latınca viridem-dәn), belle
‘gözәl’ (latınca bella-dan) vә s. kimi sözlәrlә heç zaman
qafiyәlәnmir, assonanslaşmır.
Sonda xarici dildәn alınmış sözlәrin yazılışını, söz
oyunlarını, kalamburları vә s. yada salaq.
Bütün bu informasiya mәnbәlәri keçmiş dövrün fonoloji
sistemini dәrk etmәkdә vә yazılı abidәlәrin mәlumatlarından
tәnqidi surәtdә faydalanmaqda bizә müәyyәn dәrәcәdә kö -
mәk göstәrir.
Canlı dilә gәldikdә isә, yeganә rasional metod: birincisi,
sәs sistemini bilavasitә müşahidәdә necә tәzahür edirsә o cür
müәyyәn etmәkdәn; ikincisi, onu sәslәrin tәsvirinә (dәqiq ol-
masa da) xidmәt edәn işarәlәr sistemi ilә tutuşdurmaqdan
ibarәtdir. Qrammatistlәrin bir çoxu hәlә dә bizim tәrәfi miz -
dәn tәnqid edilmiş, tәsvir olunan dildә hәr bir hәrfin necә
tәlәffüz olunduğunu göstәrmәyә әsaslanan köhnә metoda
әsaslanırlar. Lakin hәr hansı dilin fonoloji sistemi barәdә bu
yolla aydın tәsәvvür yaratmaq mümkün deyil.
Hәr halda, şübhәsizdir ki, bu sahәdә artıq xeyli uğurlar
qazanılmış, fonoloqlar çox şeydә bizim yazı vә orfoqrafiya
mәsәlәlәrinә baxışlarımızı dәyişmәyi bacarmışlar.
57