Page 59 - Ferdinand de Sössür_Layout 1
P. 59
Ümumi dilçilik kursu
İlk yunan әlifbası bu baxımdan tәәccüb doğurur. Burada
hәr bir sadә sәs bir qrafik işarә ilә ifadә edilir, yaxud әksinә,
hәr bir işarә bir, hәmişә eyni bir sadә sәsә uyğun gәlir. Bu
dahiyanә kәşfi yunanlardan romalılar irsi olaraq qәbul
etmişlәr. Barbaros ‘barbar’ sözünün yazılışı zamanı hәr bir
hәrf eynicinsli takta uyğundur:
| B | A | P | B | A | P | O | Σ |
Bu cәrgәdә üfüqi xәtt sәs zәncirini, şaquli xәtlәr bir
sәsdәn digәrinә keçidlәri, şaquli xәtlәr arasındakı fasilәlәr
isә eynicinsli taktları әks etdirir. İlk yunan әlifbasında
fransızca ch- in [ʃ] mәnasında işlәnmәsi tipindә mürәkkәb
yazılışa, [ s ] üçün hәm c, hәm dә s yazılması tipindә eyni
bir sәsin iki cür tәsvirinә, elәcә dә x-in [ ks ] mәnasında
işlәnmәsi tipindә sadә işarәnin iki sәsi әks etdirmәsinә yer
yoxdur. Ən yaxşı fonoloji yazının әsas vacib prinsiplәrini
yunanlar, demәk olar ki, tamamilә reallaşdırmışdılar.
Başqa xalqlar hәmin prinsiplәri anlaya bilmәmişlәr:
onların istifadә etdiklәri әlifbalar nitq zәncirini eynicinsli
akustik kәsimlәrә ayırmır. Mәsәlәn, kiprlilәr pa, ti, ko vә s.
tipli daha mürәkkәb vahidlәr üzәrindә dayanmışlar; bu cür
yazı heca adlansa da, dәqiq deyil, çünki heca başqa cür,
mәsәlәn, pak, tra vә s. formada da yarana bilәr. Samilәrә
gәldikdә isә, onlar yalnız samitlәri işarәlәmişlәr: bärbaros
sözünü onlar, yәqin ki, BRBRS yazardılar.
Sәslәrin nitq zәncirindә hüdudlandırılması, belәliklә,
yalnız akustik tәәssürata әsaslana bilәr; onların yazılması ilә
әlaqәdar mәsәlәyә isә başqa cür yanaşmaq lazımdır: burada
yalnız artikulyasiya aktının bazasına әsaslanmaq müm -
kündür. Akustik vahidlәr silsilәsi öz-özlüyündә tәhlilә gәl -
mәdiyinә görә artikulyasiya zәncirinә müraciәt edilmәlidir.
Bu zaman, görünür ki, eyni bir sәsә eyni artikulyasiya uyğun
gәlir: b (akustik takt) = ḃ (artikulyasiya taktı). Nitq zәncirinin
üzvlәnmәsi zamanı alınan ilkin vahidlәr b vә ḃ- dan ibarәtdir
ki, onları fonem adlandırırlar. Fonem – akustik tәәssüratların
vә artikulyasion hәrәkәtlәrin yekunu, biri digәrini şәrtlәn - 59
dirәn eşidilәn vә tәlәffüz edilәn vahidlәrin mәcmusudur;