Page 63 - Ferdinand de Sössür_Layout 1
P. 63
Ümumi dilçilik kursu
Lakin hәmin sәstörәtmә amillәrinin sadәcә sadalanması
fonemlәrin diferensial elementlәrinin tәyini üçün kifayәt
deyil. Sonuncuların tәsnifi üçün onların necә yarandığını,
daha çox bir-birlәrindәn nә ilә fәrqlәndiklәrini bilmәk
vacibdir. Bu zaman ola bilәr ki, mәnfi amil tәsnifat üçün
müsbәt amildәn daha böyük әhәmiyyәt kәsb etsin: mәsәlәn,
ekspirasiya – müsbәt amildir, lakin o, fonasiyanın hәr bir
aktında iştirak etdiyi üçün fәrqlәndirici dәyәrә malik deyil;
burun rezonansının iştirak etmәmәsi isә mәnfi amildir, lakin
fonemlәrin sәciyyәsi üçün burun rezonansının iştirak
etmәmәsi iştirakı qәdәr әhәmiyyәtlidir. Mәsәlә burasındadır
ki, yuxarıda sadaladığımız amillәrdәn ikisi: a) ekspirasiya
vә b) ağız artikulyasiyası – sәslәrin törәmәsi üçün daimi,
vacib vә әsas olduğu halda, o biri iki amil: c) sәs tellәrinin
titrәmәsi, ç) burun rezonansı – iştirak etmәyә dә, әvvәlki iki
amilә qoşula da bilәr.
Başqa tәrәfdәn, biz artıq bilirik ki, ekspirasiya, sәs tel -
lәrinin titrәmәsi vә burun rezonansı mahiyyәtcә yek cinsdir,
halbuki ağız artikulyasiyası sonsuz sayda növ müxtәlif -
liklәrini ehtiva edir. Bundan başqa, unutmaq olmaz ki,
fonemin identifikasiyası üçün müvafiq fonasiya aktını
müәyyәnlәşdirmәk kifayәtdir, digәr tәrәfdәn, fonemlәrin
bütün tiplәrini bütün fonasiya aktlarının identifikasiyası
vasitәsilә tәyin etmәk olar. Halbuki hәmin aktlar, sәslәrin
törәnmәsindә iştirak edәn amillәrin biz verdiyimiz tәsni -
fatından da göründüyü kimi, sadalanan amillәrdәn yalnız
üçünün (b,c,ç) kömәyi ilә fәrqlәndirilir. Belәliklә, hәr bir
fonemә münasibәtdә üç şeyi aydınlaşdırmaq tәlәb olunur:
onun ağız artikulyasiyası hansıdır, sәs tonunu ehtiva edir (—),
ya yox ([ ]), burun rezonansını ehtiva edir ( ), ya yox ([
])? Bu elementlәrdәn biri tәyin edilmәmişsә, sәsin iden -
tifikasiyası yarımçıq olacaqdır. Əgәr hәr üçü tәyin edilmişsә,
onların müxtәlif әlaqәlәnmәlәri fonasiya aktının bütün
63
mühüm tiplәrini müәyyәnlәşdirir.