Page 65 - Ferdinand de Sössür_Layout 1
P. 65
Ümumi dilçilik kursu
§3. Ağız artikulyasiyalarına görә
sәslәrin tәsnifi
Adәtәn, sәslәr әmәlәgәlmә yerinә görә tәsnif edilir. Biz
başqa bir çıxış nöqtәsindәn istifadә edәcәyik. Artikulyasiya
harada lokallaşmasından asılı olmayaraq, o özünü hәmişә,
müәyyәn dәrәcәdә hüdudları tam kiplәşmiş vә maksimum
açılmış kimi tәqdim edir. Hәmin әlamәtә әsaslanmaqla az
açılmadan çox açılmaya doğru gedәrәk bütün sәslәri yeddi
kateqoriyaya bölüb 0, 2, 3, 4, 5, 6 rәqәmlәri ilә işarәlәyәk.
Hәmin kateqoriyaların hәr birinin daxilindә biz fonemlәri
әmәlәgәlmә yerindәn asılı olaraq qruplara bölәcәyik.
Biz ümumi qәbul edilmiş terminologiyaya әsaslana -
cağıq, lakin o, bir çox baxımdan nә mükәmmәl, nә dә dәqiq -
dir: dilarxası, damaq, diş (sәslәri), süzülәn (sәslәr) vә s.
ter min lәrin hamısı az vә ya çox dәrәcәdә mәntiqsizdir.
Damağı bir neçә zonaya ayırmaq daha doğru olardı ki, dilin
artikulyasiyasına dayanaraq, hәr bir halda dilin tәmas nöq -
tәsinin daha çox hansı zonaya düşdüyünü hәmişә göstәrmәk
mümkün olsun. Hәmin mülahizәyә әsaslanmaqla yuxarıda
verdiyimiz şәkildәki hәrflәrdәn istifadә edәrәk biz hәr bir
artikulyasiyanı formul vasitәsilә ifadә edәcәyik: burada
açılma dәrәcәsini göstәrәn rәqәm elә yerlәşdiri lәcәkdir ki,
yunan hәrflәri ilә işarәlәnmiş fәal üzvlәr ondan solda, latın
hәrflәri ilә işarәlәnmiş passiv üzvlәr ondan sağda olsun.
Deyәk ki, βOe formulu göstәrir ki, tam kiplәşmәyә müvafiq
açılma dәrәcәsi zamanı dilin ucu (β) üst dişlәrin alveollarına
(e) toxunur. Nәhayәt, hәr bir artikulyasiya daxilindә fonem
tiplәri sәs tonu vә ya burun rezonansının iştirak edib-
etmәmәsindәn asılı olaraq fәrqlәnir: belә ki, bu vә ya
başqasının iştirak edib-etmәmәsi fonemlәrin diferensiallaş -
masına xidmәt edәn vasitә kimi çıxış edir.
65