Page 52 - Ferdinand de Sössür_Layout 1
P. 52
Ferdinand de Sössür
§2. Fonoloji yazı
Dilçi, hәr şeydәn әvvәl, tәlәb edir ki, onun sәrәncamına
artikulyasiya olunan sәslәrin hәr hansı ikimәnalılığını aradan
qaldırmağa qadir olan vasitәlәr verilsin. Bunun üçün artıq
çoxlu qrafik sistemlәr tәklif olunmuşdur.
Əsl fonoloji yazı hansı prinsiplәrә әsaslanmalıdır? O,
nitq zәncirinin hәr bir elementini bir işarә ilә tәsvir elәmәyә
can atmalıdır. Hәmin tәlәb heç dә hәmişә nәzәrә alınmır:
analizdәn çox tәsnifatın qeydinә qalan ingilis fıloloqları bәzi
sәslәr üçün iki, hәtta üç hәrfdәn ibarәt işarәlәrdәn istifadә
edirlәr. Bundan başqa, ekspoziv vә impoziv sәslәr arasında
kәskin fәrq qoymaq lazım gәlir.
Mövcud orfoqrafiyanı fonoloji әlifba ilә әvәz etmәyә
dәyәrmi? Bu maraqlı mәsәlәyә burada, ola bilsin ki, ancaq
ötәri toxunduq: bizim fikrimizcә, fonoloji yazı yalnız
dilçilәrә xidmәt etmәlidir. Hәr şeydәn әvvәl, hәm ingilislәri,
hәm almanları, hәm fransızları... eyni sistemi qәbul elәmәyә
mәcbur etmәk çәtin ki mümkün olsun. Bundan başqa, bütün
dillәr tәrәfindәn istifadә edilәn әlifba diakretik işarәlәrlә
yüklü olması ilә tәhlükә doğurardı: belә bir mәtnin, heç
olmas a, bircә sәhifәsinin darıxdırıcı görünüşü barәdә hәlә
da nışmırıq... Tamamilә aydındır ki, dәqiqlik ardınca
qaç dığından hәmin yazı oxumaq üçün yararlı olmaqdan çox,
onu çәtinlәşdirәr vә oxucunun fikrini yayındırardı. Belә bir
yazının üstünlüklәri onun verdiyi bu narahatlığa dәymәz.
Elmdәn kәnarda fonoloji dәqiqlik o qәdәr dә arzuedilәn
deyil.
Bununla bağlı olaraq oxu üsulları mәsәlәsinә toxunaq.
Mәsәlә burasındadır ki, biz iki üsulla oxuyuruq: yeni vә ya
tanış olmayan söz hәrfbәhәrf oxunur, vәrdiş etdiyimiz tanış
sözlәri, onu tәşkil edәn hәrflәrdәn asılı olmayaraq, gözümüz
dәrhal alır. Vә bu sözün obrazı bizim üçün ideoqrafik
52
әhәmiyyәt kәsb edir. Bu mәnada әnәnәvi orfoqrafiya öz