Page 95 - Ferdinand de Sössür_Layout 1
P. 95
Ümumi dilçilik kursu
çinlilәri yada salaq), hәr halda qayda әsasında tәzahür edir.
Hәmin işarәlәri işlәtmәyә bizi daxili dәyәrlilik deyil, bu
qayda vadar edir. Nәticә etibarilә, demәk olar ki, tam
sәrbәstliyә malik olan işarәlәr semioloji yanaşmanın idealını
hamısından daha yaxşı gerçәklәşdirir. Elә ona görә dә ifadә
sistemlәrinin әn mürәkkәbi, әn geniş yayılanı olan dil eyni
zamanda onların әn sәciyyәvisidir; bu mәnada dilçilik
bütövlükdә bütün semiologiya üçün model (patron general!)
xidmәti göstәrә bilәr. Hәrçәnd dil çoxlu sayda semioloji
sistemlәrdәn yalnız biridir.
Dil işarәsini, yaxud daha dәqiq desәk, o şeyi ki biz
işarәlәyәn adlandırırıq, bәzәn simvol sözü ilә adlandırırlar.
Lakin hәmin sözdәn istifadә etmәk, bizim birinci prinsip lәri -
mizә görә, o qәdәr dә uyğun deyil. Simvol onunla sәciy -
yәlәnir ki, heç dә hәmişә tamamilә sәrbәst ola bilmir. Onda
işarәlәyәnlә işarәlәnәn arasındakı tәbii әlaqәnin izlәri var.
Ədalәt simvolundakı tәrәzini nә gәldi onunla, mәsәlәn,
ikitәkәrli araba ilә әvәz etmәk olmaz.
Sәrbәst sözü dә aydınlatma tәlәb edir. Hәmin söz elә başa
düşülmәmәlidir ki, işarәlәyәn danışanlar tәrәfindәn istәdiyi
kimi seçilә bilәr (irәlidә görәcәyimiz kimi, insan artıq
müәyyәn dil kollektivinin qәbul etdiyi işarәdә kiçik bir
dәyişiklik etmәyә belә qadir deyil); biz yalnız onu demәk
istәyirik ki, işarәlәnәn motivlәnmәmişdir, yәni hәqiqәtdә heç
bir tәbii әlaqәsi olmayan bu vә ya digәr işarәlәnәnә münasi -
bәtdә sәrbәstdir.
Nәticә olaraq, birinci prinsipә qarşı irәli sürülә bilәcәk
iki etirazı nәzәrdәn keçirәk:
1. İşarәlәyәnin seçiminin heç dә hәmişә sәrbәst olma -
dığına sübut kimi yamsılamalara istinad etmәk olar. Lakin
yamsılamalar dil sistemindә әsas elementlәr sırasında deyil.
On ların sayı deyildiyindәn xeyli azdır. Fouet ‘çubuq’, glas
‘zәng sәsi’ kimi fransız sözlәri qulağı öz sәslәnmәsinin tәl -
qin i ilә heyran edә bilәr, lakin onların latın etimonlarına
95
(fouet fάgus ‘göyrüş’dәn, glas classicum ‘boru sәsi’ndәn)