Page 96 - Ferdinand de Sössür_Layout 1
P. 96
Ferdinand de Sössür
müraciәt etmәk kifayәtdir ki, ilkin dövrdә hәmin sәciyyәyә
malik olmadıqlarının şahidi olaq: indiki sәslәnmәlәrin
keyfiyyәti, daha doğrusu, onlara indi aid edilәn keyfiyyәt
fone tik tәkamülün tәsadüfi nәticәsidir. Rıq-pıq, tık- tık tipli әsl
yamsılamalara gәldikdә isә, onlar yalnız azsaylı deyil, hәm
dә müәyyәn dәrәcәdә sәrbәstdir; belә ki, onlar müәyyәn
sәslәrin yalnız tәxmini vә yarımşәrti imitasiyasıdır (müqayisә
et: fransızca ouaoua, lakin almanca wauwau ‘ham-ham’).
Bundan başqa, dildә onlar az vә ya çox dәrәcәdә bütün digәr
sözlәrin mәruz qaldığı fonetik, morfoloji vә hәr cür başqa
tәkamülün tәsiri altına düşür (müqayisә et: fransızca pigeon
‘göyәrçin’ sözü xalq latın dilindәki piriö sözündәn yaran -
mışdır ki, sonuncu da öz növbәsindә yamsılama mәnşәlidir).
Bu, açıqca sübut edir ki, yamsılamalar özlәrinin ilkin xarak -
terlәrindәn nәyi isә itirmiş vә dil işarәsi sәciyyәsi әldә et -
mişdir ki, göstәrdiyimiz kimi, artıq motivlәnmә miş dir.
2. Yamsılamalara olduqca yaxın olan nidalara gәldikdә
isә, yamsılamalarla bağlı yuxarıda dediklәrimizi onlara da
şamil etmәk olar. Onlar da dil işarәsinin sәrbәstliyi haqqın -
dakı tezisimizi, azacıq da olsa, tәkzib etmir. Nidalara reallığın
bilavasitә ifadәsi, necә deyәrlәr, tәbiәtin özü tәrәfındәn diktә
olunan hadisә kimi baxmaq olduqca tәәssüflәndiricidir. Lakin
bu sözlәrin çoxuna münasibәtdә işarәlәnәnlә işarәlәyәn
arasında mәcburi әlaqәnin olmamasını sübut etmәk müm -
kündür. Müxtәlif dillәrdәn uyğun nümunәlәri müqayisә
etmәk kifayәtdir ki, hәmin ifadәlәrin nә qәdәr fәrqli olduğuna
inanasan (mәsәlәn: fransızca aie! almanca an! ‘oy!’ya uyğun
gәlir). Mәlumdur ki, nidaların çoxu müstәqil mәnalı sözlәrә
gedib çıxır (müqayisә et: fransızca diable! ‘lәnәtә gәlәsәn!’
← diable ‘şeytan’; mordieu! ‘lәnәtә gәlәsәn!’ ← mort Dieu
hәrfi mәnada ‘Allahın ölümü’ vә s.).
Belәliklә, hәm yamsılama, hәm dә nida dildә ikinci
dәrәcәli yer tutur, onların simvolik mәnşәyi isә bir qәdәr
mübahisәlidir.
96