Page 100 - Ferdinand de Sössür_Layout 1
P. 100
Ferdinand de Sössür
kimi üst-üstә qoyulmur, bir-birlәrinә qarışmışdır, biri
digәrinә nüfuz edir. Çünki hәr biri müxtәlif yaşlarda olan
şәxslәri ehtiva edir. Dildә ümumi dәyişmәnin mümkün -
süzlüyü qәnaәtinә gәlib çıxmaq üçün ana dili tәlimi zamanı
nә qәdәr çox zәhmәt çәkmәk tәlәb edildiyini nümunә
göstәrmәk olardı. Vә onu da әlavә etmәk olardı ki, reflekslәr
bu vә ya digәr dildәn istifadәdә iştirak etmir: danışanlar
özlәri dil qanunlarını әhәmiyyәtli dәrәcәdә dәrk etmirlәr, bir
halda ki dәrk etmirlәr, onda dil qanunlarını necә dәyişә
bilәrlәr? Lakin deyәk ki danışanlar dil faktlarına şüurlu
münasibәt göstәrdilәr, o zaman yada salmaq lazımdır ki,
hәmin faktlar danışanlar tәrәfindәn tәnqidә mәruz qala
bilmәz, ona görә ki, hәr bir xalq onun payına düşmüş dildәn
ümumiyyәtlә razıdır.
Bütün bu mülahizәlәrin müәyyәn әsası var, lakin mahiy -
yәt bunda deyil; biz aşağıdakı daha әsaslı, daha çox birbaşa
deyilәn mülahizәlәrә üstünlük veririk, bütün mә sәlәlәr dә
onlardan asılıdır:
1. İşarәnin sәrbәstliyi. Yuxarıda biz dil dәyişmәlәrinin
nәzәri olaraq mümkünlüyü barәdә fikri qәbul etdik.
Mәsәlәnin dәrinliyinә gedәrәk görürük ki, әslindә, işarәnin
sәrbәstliyinin özü dili hәr cür şüurlu dәyişmә cәhdindәn
qoruyur. Danışanlar, şüurlu olsa belә (әslindә dә, belәdir), dil
mәsәlәsini müzakirә edә bilmәzlәr. Axı hәr hansı bir şeyi
müzakirә etmәk üçün gәrәk hansısa ağlabatan normaya
uyğun olsun. Mәsәlәn, mübahisә etmәk olar ki, hansı kәbin
forması düzgündür: monoqamiya, yoxsa poliqamiya; bu vә
ya başqa formanın xeyrinә sübutlar gәtirmәk olar. Hәmçinin
simvollar sistemini dә müzakirә etmәk olar, çünki simvol
işarәlәnәn әşya ilә rasional şәkildә bağlıdır. Dilә, sәrbәst
işarәlәr sisteminә gәldikdә isә, istinad edilәcәk bir şey
yoxdur. Ona görә dә müzakirә üçün hәr hansı zәmin itir: axı
heç bir әsas yoxdur ki, “bacı” anlayışı üçün sœur işarәlәyә -
nini sister işarәlәyәnindәn, yaxud “buğa” anlayışı üçün Ochs
100
işarәlәyәnini bœuf işarәlәyәnindәn üstün tutaq.