Page 104 - Ferdinand de Sössür_Layout 1
P. 104
Ferdinand de Sössür
etsәk, iş bir qәdәr başqa cür olacaq; işarәlәyәndә dәyişmә
olmadığı bu halda da anlayışla işarә arasındakı münasibәt -
lәrdә dәyişmә özünü göstәrir.
Köhnә almanca dritteil ‘üçdә bir’ müasir alman dilindә
Drittel ә çevrilmişdir. Bu halda, hәrçәnd anlayış olduğu kimi
qalmışdır, onunla işarәlәyәn arasındakı münasibәt ikiqat
dәyişmişdir: işarәlәyәn yalnız özünün materialı baxımından
deyil, qrammatik forması etibarilә dә şәkildәyişmәyә mәruz
qalmışdır; artıq Teil ‘hissә’ elementini itirmiş, sadә söz ol -
muşdur. Hәr hansı halda burada da anlayış ilә işarә ara sındakı
münasibәtdә dәyişiklik baş vermişdir.
Anqlosakson dilindә yazıyaqәdәrki fot ‘ayaq’ forması fot
(müasir ingiliscә: foot) şәklindә qalmış, cәm forması foti
‘ayaqlar’ fet-ә (müasir ingiliscә: feet) çevrilmişdir. Burada
hansı bir dәyişikliyin tәsәvvür edilib-edilmәmәsinә baxma-
yaraq, bir şey aydındır ki, dәyişmә münasibәtlәrdә baş
vermiş, sәs materialı ilә anlayış arasında yeni uyğunluqlar
әmәlә gәlmişdir. Dil işarәlәnәnlә işarәlәyәn arasındakı müna -
sibәtlәrdә daim dәyişәn amillәrә köklü surәtdә müqavimәt
göstәrmәyә qadir deyil. Bu, işarәnin sәrbәstliyi prinsipindәn
çıxan nәticәlәrdәn biridir.
Başqa ictimai tәsisatlar – adәtlәr, qanunlar vә s. müxtәlif
dәr әcәdә әşyaların tәbii münasibәtinә әsaslanır: onlarda
istifadә olunan vasitәlәrdә qarşıya qoyulan mәqsәdlәr ara -
sında zәruri uyğunluqlar var. Hәtta bizim geyimimizi müәy -
yәn edәn dәb dә tam sәrbәst deyil: insan bәdәninin
xü sus iyyәti ilә diktә olunan şәrtlәr daxilindә müәyyәn ölçü -
dәn kәnara çıxmaq mümkün deyil. Dil isә әksinәdir, öz
vasitәlәrinin seçimindә heç nә ilә mәhdudlaşmır, tәsәvvür
oluna bilmәz ki, hansısa bir anlayışın sәslәrin hansısa müna-
sib ardıcıllığı ilә assosiasiyasına bir әngәl ola bilsin. Dilin ic-
timai tәsisat olduğunu aydın şәkildә göstәrmәyi arzulayan
Uitni işarәlәrin sәrbәst xarakterini doğru olaraq qeyd etmiş,
bununla da dilçiliyi düzgün yola yönәltmişdir. Lakin o hәmin
müddәanı axıra qәdәr inkişaf etdirmәmiş, sәrbәst xarakteri
104 ilә dilin bütün başqa ictimai tәsisatlardan kәskin fәrqlәn -
diyinә fikir vermәmişdir. Bu, dilin necә inkişaf etmәsindә