Page 107 - Ferdinand de Sössür_Layout 1
P. 107
Ümumi dilçilik kursu
Lakin bu şәraitdә dil ancaq yaşamağa qadirdir, hәlәlik isә
ya şa mır; biz tarixi faktı deyil, yalnız sosial gerçәkliyi nәzәrә
alırdıq.
3. Elә görünә bilәr ki, işarәnin sәrbәstliyinә görә dil özü -
nü, istisnasız olaraq, rasional prinsipdәn asılı olan, danışan -
la rın iradәsi ilә tәşkil edilmiş azad sistem kimi tәqdim edir.
Bu cür baxış, әslindә dilin öz-özlüyündә götürülmüş sosial
xarak teri ilә ziddiyyәt tәşkil etmir. Əlbәttә, kollektiv psixolo -
giya әsl tәnqidi materiala әsaslanmır; onu da xatırlamaq pis
ol mazdı ki, insanlar arasındakı praktik münasibәtlәrdә ağıl
öz mövqeyindәn necә әl çәkir. Hәr halda, marağı olan şәxs -
lә rin iradәsi ilә dilә dәyişә bilәn sadә şәrtilik kimi baxmaq
bizә mane olmur. Bizә mane olan zamanın sosial qüvvәlә -
rinin tәsiri ilә uzlaşan hәrәkәtidir; zaman kateqori yasından
kәnarda dilin gerçәkliyi yarımçıqdır, ona dair heç bır fikir
söylәmәk mümkün deyil.
Dili zamanla birlikdә götürüb danışan kollektivdәn uzaq -
laşsaq (uzun әsrlәr әrzindә tәcrid olunmuş şәkildә yaşayan
bir insan tәsәvvür edәk), görünür, biz onda dildә heç bir dәyi -
şik lik tapmayacağıq. Çünki zaman ona hökm edә bilmәyә cәk.
Vә әksinә, әgәr biz danışan kollektivә zamandan kә nar da
bax malı olsaq, onda da sosial qüvvәlәrin dilә tәsirini görmә -
yәcәyik. Gerçәkliyә yaxınlaşmaq üçün yuxarıdakı sxemә
zamanın hәrәkәtini göstәrәn işarә әlavә etmәk lazımdır:
Zaman
107