Page 43 - Danilenko
P. 43
Tarnovskilər malikanəsindəki kölgələr 43

– Bunun üçün onları güdmәk lazım deyildi. Siz çarpayının
cırıltısını, onların intim söhbәtlәrini eşidә bilәrdiniz…

– Qulaq asın, atam makrotnili, anam isә – jolkvalıdır, –
Faddey xatırlatdı. Hiss olunurdu ki, hirsini güclә boğur. –
Hamımız bir evdә yaşayırdıq: babam, nәnәm, atam, anam.
Babamla nәnәm dindar adamlardı, bu mәnada evdә ciddi qay-
dalar hökm sürürdü. Axşamlar atamla anam yataq otağına
keçәndәn sonra babamla nәnәm hәlә bir müddәt zalda oturub
söhbәt edirdilәr. Babam qәzet oxuyur, mәqalәlәrә şәrh verir,
deyirdi:

– Bax, Maqda, sovet hökumәtinin ömrünә az qalıb.
Amma nәnәm onun dediklәrinә mәhәl qoymur, yataq
otağından gәlәn sәslәri dinlәyirdi. Yalnız valideynlәrimin
yatdığına әmin olandan sonra xaç çevirir, öz otaqlarına
keçirdilәr.
Aleksandr Mendel fısıldaya-fısıldaya diqqәtlә ona qulaq
asır, arabir astadan öskürürdü. Köhnә çәkәlәyi sağ ayağının
baş barmağından sallanmışdı.
– Bәs ananız? Başqa kişilәrlә maraqlanırdı? – Mendel
birdәn ayılan kimi oldu, – başqa kişilәrlә sevgi macәrasını
nәzәrdә tuturam.
– Nә danışırsınız?! – Şvaqulyak hiddәtlәndi. – Qalisiya
kimi bir şәhәrcikdә belә şeylәr mümkün deyil. Orada hәr şey
ovuc içindәymiş kimi görünür. Anam yad kişiyә kәnar gözlә
baxsaydı, bütün Jolkva bundan xәbәr tutardı.
Mendel gözlәrini mәchul bir nöqtәyә zillәmişdi, hiss edirdi
ki, Şvaqulyak nәyisә gizlәdir.
– Ailәnizdә daha çox kimin sözü keçirdi?
– Atamın. Hәr şeyi atam hәll edirdi, – Faddey dedi. – Ailә
büdcәsini atam planlaşdırırdı, әrzaq vә pal-paltar almaq
mәsәlәlәrinә dә o baxırdı. Anam heç öz döşlüyünün ölçüsünü
dә bilmirdi.
– Necә yәni, ananızın alt paltarlarını da o alırdı?
– Ayaqqabılardan tutmuş, alt paltarına qәdәr. Atam anamın
pulqabındakı pulun miqdarını da bilirdi.
   38   39   40   41   42   43   44   45   46   47   48