Page 45 - Danilenko
P. 45
Tarnovskilər malikanəsindəki kölgələr 45

әnәnәlәr hökm sürürdü. Ailәdә bütün mәsәlәlәri babamla atam
hәll edirdi, qadınlara isә yalnız mәtbәx işlәri vә uşaqların
tәrbiyәsi ilә mәşğul olmaq qalırdı. Ailәnin yeganә uşağı
olduğum üçün nәnәm vә anam yalnız mәnimlә mәşğul olur-
dular. Yaşadığımız binada yerlilәrdәn savayı, gәlmәlәr dә
qalırdı. Dördüncü mәrtәbәdә Xarkov tәrәflәrdәn gәlmiş par-
tiya işçisi Komaşnyanın ailәsi yaşayırdı. Yurka Komaşnya
bizim mәktәbdә oxuyurdu, mәndәn yeddi yaş böyük idi. İndiki
kimi yadımdadır, sifәtini sızanaq basmış, qalınqaşlı oğlanın
uzun qolları vardı. Yetdiyinә yetir, yetmәdiyinә daş atırdı.
Mәnim kimi balaca uşaqlara çırtma vurmaqdan hәzz alırdı.

Onda üçüncü sinifdә oxuyurdum. Yaşadığımız evin
zirzәmisinin qapısı hәmişә açıq olurdu. Uşaqlar burada vaxt
keçirmәyi xoşlayırdılar. Payız yağışları yenicә başlamışdı,
uşaqların arasında şayiә yayıldı ki, Yurka Komaşnya zirzәmiyә
qız gәtirir. Deyilәnә görә, qız hәrbi qarnizondan idi. Bir dәfә
hәmin qızı mәn dә gördüm. Sarışın, fındıqburun qız idi, qısa
don geyinmişdi, özü dә siqaret çәkirdi. Mәktәbdәn qayıdanda
gördüm ki, Yurkayla qız rus dilindә danışa-danışa zirzәmiyә
enirlәr.

Tezliklә hamı onlardan danışmağa başladı.
– İşә bax! – bir dәfә nahar süfrәsi arxasında oturan Maqda
nәnә dedi. – Kommunal xidmәtә xәbәr vermәk lazımdır.
Kompot içә-içә qәzet oxuyan babam heç nә demәdi.
Atam kommunal xidmәt idarәsinә zәng elәdi vә oradan
xrom çәkmә, qalife vә kitel geyinmiş bir adam göndәrdilәr. O
gәlәndә atam mәktәbdәydi, anam evdә. Eşidәndә ki, kişini
anam müşayiәt edәcәk, maraq güc gәldi, onlardan qabaq
qaçıb, zirzәmidә gizlәndim. Baş verәnlәri oradan müşahidә
elәmәyә başladım. Zirzәminin kәsif iyindәn nәfәs almaq ol-
murdu. Hardasa su damcılayırdı. Qaranlıq küncdә, boruların
arxasında oturmuşdum, get-gedә yaxınlaşan sәslәr eşitdim.
Anamla yad kişi lap yaxına gәldilәr. Anam hirsliydi, kişi isә
günahkar adamlar kimi danışırdı. Boy-buxunlu kişiydi,
hәrbçiyә oxşayırdı, amma nәdәnsә anamın qarşısında qızarıb-
pörtür, dili topuq vururdu.
   40   41   42   43   44   45   46   47   48   49   50