Page 40 - Danilenko
P. 40
Vladimir Danilenko

Süfrә arxasına keçdik, әmim kişilәrә araq süzdü. Onlar araq
içib, söhbәtә başladılar. Atam sakitcә oturmuşdu, onların söh-
bәtinә qarışmırdı. Әmim arvadı bizә çay tәklif etdi.

– Qәhvә olar? – Soruşdum.
– Qәhvәni neynirsәn? Yata bilmәyәcәksәn. Çay yaxşıdır, –
atam dedi.
Otağa sükut çökdü. Mәtbәxdә krandan daman suyun sәsini
eşidirdim.
– Bunlar kimdir? Polyakdırlar? – Pavel әminin “Mixay-
loviç” deyә çağırdığı kişi çәngәli bizә tuşlayıb soruşdu.
– Kiçik qardaşım Nikolay vә qardaşım qızı, – rәngi
avazımış әmim bizi tәqdim etdi.
– Bәs niyә polyak dilindә danışırlar?..
– Ukrain dilindә, – Pavel әmi düzәliş verdi.
– Xoxoldurlar, elәmi?..
Atam üz-gözünü turşudub, tәmkinlә soruşdu:
– Bәs siz kimsiniz?
– Semyon Mixalıç Pendyurko, – nataraz kişi çәngәlini
göbәlәyә sancdı.
– Ukraynalısınız?
– Mәn?! – kişinin üzü bozardı, elә bil onu ildırım vurdu. –
Mәn şaxtaçıyam.
– Haralısınız?
– Donbaslıyam, necә bәyәm?
– Bәs atanız haralıdır?
– Kobelyaklı, – kişi ağzını marçıldatdı. – Bәs sәn kimsәn?
– Kinomexanikәm.
– Qulaq as, kinomexanik, – Pendyurko özünә çörәk
götürdü, – sәnin kimilәri mәn yaşadıram. Sәnsә burada mәni
40 cinlәndirirsәn.
– Yemәk ye, Mixalıç, – Pavel әmi әlini onun çiyninә şap-
pıldatdı.
Atam dodaqlarını kağız dәsmalla silib, ayağa qalxdı.
– Bilmirәm, burada kim kimi yaşadır, özünüz bilәrsiniz.
Bilirsiniz, nә var? Kobelyak vә Skomorox kimi әyalәtlәrdәn
gәlib toplaşmısınız buraya, indi bir-birinizdәn utanırsınız,
sanki sınaq şüşәsindә dünyaya gәlmisiniz, nә ata-ananız olub,
   35   36   37   38   39   40   41   42   43   44   45