Page 39 - Danilenko
P. 39
Tarnovskilər malikanəsindəki kölgələr 39

Onda on altı yaşım vardı. Atamla Donetskә, Pavel әmigilә
qonaq getmişdik.

Atamın böyük qardaşı mәktәbi bitirәndәn sonra Donbasa
getmiş, kömür mәdәnindә işә düzәlmişdi. Әsgәrliyә dә elә
oradan getmişdi. Donetskә iyunun sonunda gәldik. Әmim bizi
vağzalda qarşılayıb, taksiylә evinә apardı. O, arvadıyla birgә
Boqdan Xmelnitski prospektindәki ikiotaqlı mәnzildә
yaşayırdı. Uşaqları yox idi. Әmim Zasyadko adına mәdәndә
işlәyirdi. Son dәrәcә qonaqpәrvәr, xoşrәftar adam idi. Elә ilk
gündәn bizi şәhәrә gәzmәyә apardı. Yadımdadır, saysız-
hesabsız çiçәk lәklәrinә elә heyranlıqla baxırdım ki!

– Burada nә qәdәr çiçәk lәki var?
– Milyon, – Pavel әmi gülümsündü.
O, bizi şәhәr meydanına gәtirib, şaxtaçı heykәlini göstәrdi.
Heykәl qapqaraydı, sanki böyük antrasit parçasından yonub
düzәltmişdilәr.
– Görürsәn, necә böyükdür?
O axşam Vadim Pisarevin1 oynadığı baletә getdik. Körpә
vaxtlarımdan әmim haqqında o qәdәr xoş sözlәr eşitmişdim
ki, o, gözümdә az qala әfsanәlәşmişdi. Ona görә dә, әmimgildә
qonaq olduğuma vә bu böyük, gözәl şәhәri gördüyümә görә
özümü bәxtәvәr hiss edirdim.
Ertәsi gün baş verәn hadisә atamla әmimin arasında
mübahisәyә sәbәb oldu vә onlar bir daha barışmadılar. Nahar
vaxtı kimsә zәng elәdi vә әmim onu öz evinә qonaq çağırdı.
Әmim arvadı süfrә açdı, soyuducudan tәrlәmiş araq şüşәsi
çıxardı vә bizim gәtirdiyimiz göbәlәk bankasını açdı. Qapının
zәngi çalınanda Pavel әmi atamdan xahiş etdi:
– Qonağın yanında rusca danışarsan.
Atamın sifәti tutuldu, amma susub, heç nә demәdi.
Qapının cәftәsi cingildәdi, içәri tanımadığımız bir adam
girdi. Әmim onunla salamlaşıb, dedi ki, evdә qonaqlar var.
Yeni gәlәn qonaq iricüssәli, kobud üz cizgilәri olan adam idi,
dırnaqlarının altındakı çirk nazik qara haşiyә kimi görünürdü.

1 Vadim Pisarev (1965) – Ukraynalı balet artisti
   34   35   36   37   38   39   40   41   42   43   44