Page 36 - Danilenko
P. 36
Vladimir Danilenko
dim, aspiranturaya daxil oldum, әrә getdim vә Folklor vә Et-
noqrafiya İnstitutunda işә düzәldim. Dissertasiyamın müda-
fiәsi әrәfәsindә atam dünyasını dәyişdi. İndi Skoromoxidә
yaşayan anama qardaşım baxır. Mәn dә iki-üç aydan bir ona
baş çәkirәm.
– Siz kiminlә daha yaxşı dil tapırdınız? Ananızla, yoxsa
atanızla? – Mendel sinәsini irәli verib soruşdu.
– Atam heç vaxt mәnim üstümә qışqırmayıb. Hәr halda,
yadıma gәlmir. Amma anamın xasiyyәti ağır idi. Әn adi
şeylәrә görә hirslәnib, özündәn çıxırdı. Atam isә… Atam
yumşaq adam idi, çox şeyә barmaqarası baxırdı. Bilirdi ki,
onları pis vәziyyәtdә qoymaram.
– Bәs atanla ananın münasibәtlәri haqqında nә deyә
bilәrsәn? Ailәdә kimin sözü keçirdi?
– Bütün problemlәri anam hәll edirdi, – Alla öz sәsini
tanımadı, sanki onun әvәzinә başqa birisi danışırdı. – Amma
indi başa düşürәm ki, ailәmizin beyin mәrkәzi mәhz atam imiş.
O, hәmişә problemlәrin kökünü axtarıb tapırdı, amma son sözü
demәyi anamın ixtiyarına buraxırdı. Ona görә dә, anama elә
gәlirdi ki, ailәni idarә edәn odur.
– Onların bir-birinә xәyanәt etdiyi vaxtlar olub?
– Bir dәfә anam evә gec gәldi. Evә gec gәldiyi vaxtlar
olurdu, amma mәhz o hadisә yaddaşıma hәkk olunub, – Alla
fikirlәrini cәmlәyib, tez-tez danışmağa başladı, sanki bu
xatirәnin üstündәn keçmәk istәyirdi. – O axşam atam klubda
deyildi. O, şam yemәyi hazırlamağa başladı. Mәn dәrslәrimә
baxırdım. Mәtbәxdәn lәzzәtli qoxular gәlirdi. Atam dadlı
yemәklәr bişirmәyi bacarırdı. Artıq şәr qarışmışdı, amma
36 anam gәlib çıxmaq bilmirdi.
– Yemәk istәyirәm, – atama dedim.
Süfrә arxasına keçdik. Atam hazırladığı kәsmikli kartof
piroqlarını süfrәyә qoydu. Yemәyimizi yeyib, televizora
baxmağa başladıq. Bayırdan itlәrin hürüşmәsi, cırcıramaların
cırıltısı eşidilirdi, gecә kәpәnәklәri özlәrini pәncәrәyә
çırpırdılar. Anam gәlib çıxanda artıq gecә düşmüşdü. Ondan
araq iyi gәlirdi. Kefi ala buluddaydı, çox şәn görünürdü.