Page 31 - Danilenko
P. 31
Tarnovskilər malikanəsindəki kölgələr 31
uşaqları, hәm dilinә, hәm dә hәyata baxışlarına görә ukraynalı
uşaqlardan seçilirdi. İlk dәfә onda başa düşdüm ki, dinә, әnә-
nәlәrә bağlı olan insanların davranışı başqalarınkından çox
fәrqlәnir.
Mәktәb hәyәtindә “xana-xana” oynayan qızlara tamaşa
etmәkdәn doymazdım. Onlar nazik ayaqları üstündә atılıb-
düşür, içinә torpaq doldurulmuş qutalin qabını asfalt üzәrindә
tәbaşirlә çәkilmiş kvadratların içinә salmağa çalışırdılar. Qızlar
hörüklәrinә rәngbәrәng bantlar bağlayırdılar, onlardan hәmişә
әtir qoxusu gәlirdi. Qızlara yalnız kәnardan baxırdım, bundan
artığına ürәk elәmirdim. Mәn qızların bәdәn quruluşunun
bizdәn fәrqlәndiyinә işarә vuran oğlanların söhbәtinә qulaq
asmağa da utanırdım.
Bir dәfә tәnәffüs zamanı Yurka Basyura qızların bәdәn
quruluşu haqqında mәnә kiçik bir mühazirә oxudu vә әlavә
etdi:
– Bilirsәn, onlar niyә qışqırışırlar? İstәyirlәr, oğlanlar on-
ları çimdiklәsin.
Basyuranın dediklәri mәni heyrәtә salmışdı, o gündәn
idman dәrslәrindә altdan-altdan qızlara göz qoyur, az qala,
onların başqa planetdәn gәldiyini zәnn edirdim. Böyüklәrin
qoyduğu qaydaları saya salmayan sırtıq, cürәtli qızlardan daha
çox xoşum gәlirdi.
Yeddinci sinifdә oxuyurdum. Bir dәfә şәhәrin içindәn
keçib gedәn Svinya çayının kәnarında dayanmışdım. Deyilәnә
görә, Şimal müharibәsi zamanı Rusiya imperatoru I Pyotr içib
sәrxoş olub, bu çaya yıxılıb. O vaxtdan çayı “Svinya”
adlandırmağa başlayıblar. Onda I Pyotrun qәrargahı Jolkvada
yerlәşirmiş. Nә isә, körpünün üstündә dayanıb, çaya tamaşa
elәyirdim. Babam danışırdı ki, nә vaxtsa bu çayda qızıl balıqlar
üzürmüş, çayın suyu elә tәmiz imiş ki, ovuclayıb içmәk
olarmış. Amma artıq Svinyanın suyu bulanıq idi, sahilini
gicitkәn basmışdı, әtraf üfunәt qoxuyurdu. Çayın suyu o qәdәr
azalmışdı ki, üstündәn atlanıb keçmәk olardı. Çay şәhәr
parkının içindәn axırdı.
Elә bu vaxt bir qız gәlib, mәndәn azca aralıda dayandı. Qız
körpünün altında qalaqlanmış zibilliyә baxırdı. Mәn yaşda,