Page 26 - Danilenko
P. 26
Vladimir Danilenko
– Bir az böyükdür, – anam әliylә yoxlayıb bildirdi, – amma
eybi yoxdur, payıza kimi ayaqların böyüyәcәk. Yaxşı, gedәk,
hәlә çox şey almalıyıq.
Anam ayaqqabıları çantasına qoydu vә әlimdәn tutub,
bazarın çıxışına sarı yönәldi. Bu cür gözәl ayaqqabılarım
olduğuna görә sevincimdәn yerә-göyә sığmırdım. Biz tramvay
xәttini keçdik, arxaya boylananda tәәccübdәn yerimdә donub-
qaldım. Әlimi anamın әlindәn çәkdim. Gördüm ki, qәşәng
söyüd ağacının altında bir oğlanla bir qız öpüşürlәr. Oğlan
onun dodaqlarından, gözlәrindәn öpürdü, qarasaçlı, uzunboylu
qız isә ağlayırdı. Bu mehribanlıq, sevgi vә isti münasibәtdәn
o qәdәr tәsirlәnmişdim ki, harada olduğumu belә unutmuş-
dum. Oğlanın saçı dibindәn qırxılmışdı, özü dә qara, isti
köynәk geymişdi. Bir az aralıda başqa oğlanlar da gördüm,
hamısının saçı qırxılmışdı, әllәrindә yol çantası tutmuşdular.
Musiqi çalınır, qadınlar ağlayır, hәrbçilәr bir az aralıda siqaret
çәkirdilәr. Anam әlimdәn tutub çәkdi, mәn isә hey arxaya
boylanır, bir-birindәn aralana bilmәyәn oğlanla qıza baxırdım.
İlk dәfәydi ki, mәnim uşaq qәlbimdә paxıllıq hissi baş
qaldırmışdı – söyüdün altında oğlanla vidalaşan qarasaçlı qıza
qibtә edirdim. İmkanım olsaydı, qayğısız uşaqlığımı gәnc
qadın hәyatına dәyişdirәrdim. O vaxtlar nә baş verdiyini özüm
dә bilmirdim, amma onda ilk dәfә hiss etmişdim ki, böyümәk,
yetkin qadın olmaq istәyirәm.
Alla susub, әtrafı dinlәmәyә başladı. Servantın üstündәki
saatın yorğun çıqqıltısı eşidilirdi. Ona elә gәldi ki, artıq gecdir,
Aleksandr Mendeli yuxu tutub. Amma Mendel birdәn-birә
yerindә qurcuxub soruşdu:
26 – Ata-ananız sәrt adamlar idi?
– Valideynlәrim köhnә sovet ailә әnәnәsinә sadiq adamlar
idi. Mәni hәr şeylә tәmin etmәyә çalışırdılar. Yemәk, pal-paltar
sarıdan korluq çәkmirdim, oyuncaqlarım vә uşaq kitablarım
da vardı. Amma, tәbii ki, cah-calal içindә yaşamırdım. Hamı
necә, mәn dә elә! Başqa ukraynalılardan heç nәylә seçilmirdik.
Valideynlәrim tәhsilimә ciddi fikir verirdilәr. Hәr hәftәnin so-
nunda gündәliyimi anama göstәrirdim, o, qiymәtlәrimә baxır,