Page 25 - Danilenko
P. 25
Tarnovskilər malikanəsindəki kölgələr 25

– Bu qızcığaz tutduğunu buraxana oxşamır, – yanımızda
oturmuş şişman xala dedi.

Biz Rjanoy bazarına1 gәldik. Anam әlimdәn tutub, mәni
avtodükanın yanına gәtirdi. Maşının әtrafına çoxlu adamlar
toplaşmışdı, bir-birini itәlәyir, qabağa düşmәyә çalışırdılar.
Maşında nә satıldığını bilmirdim.

– Uşaqdan göz-qulaq olarsınız? – anam hansısa kәndli
qadından xahiş etdi. – İndi qayıdıram.

– Amma tez olun, – qadın anamın arxasınca sәslәndi.
Anam avtodükanın әtrafını sarmış kütlәnin içinә tәpildi,
әlindәki pulları havaya qaldırmışdı. O vaxtlar әrzaq qıtlığı
vardı, yaxşı paltar tapmaq müşkülә çevrilmişdi. Bütün
dünyayla müharibәyә hazırlaşan ölkә silahlanmaya, casus
fәaliyyәtinә vә özünә yaxın rejimlәrin dәstәklәnmәsinә böyük
vәsait sәrf edirdi. Dükanlarda yalnız әn zәruri әrzaq mәhsulları
satılırdı, geyim әşyaları da qәhәtә çәkilmişdi. Ölkә böyük hәbs
düşәrgәsini xatırladırdı – insanların hamısı eyni cür geyinirdi,
bir az yaxşı, zövqlü geyinәnlәrә isә rişxәnd edir, onları әdabaz
adlandırırdılar. Hm… bunları niyә danışıram? Bütün bunları
siz mәndәn dә yaxşı bilirsiniz. Nә isә kәndli qadının yanında
dayanıb anamı gözlәyirdim. Birazdan anam kütlәnin içindәn
çıxdı, sanki tikanlı kolluqların arasından keçib gәlmişdi –
paltarı әzik-üzük olmuş, saçları dağılmışdı. Anam әlindә bir
cüt balaca, qırmızı ayaqqabı tutmuşdu. O gözәl ayaqqabıları
görәndә o qәdәr sevindim ki, demәyә söz tapmadım. O vaxta
qәdәr yaxşı paltarın, gözәl ayaqqabının nә olduğunu
bilmirdim. Hәmin ayaqqabılardan sonra hәr şey dәyişdi, ilk
dәfә hiss etdim ki, qadınam vә kişilәrin diqqәtini cәlb etmәk
üçün cazibәdar, yaraşıqlı görünmәliyәm. Anam cibindәn әsgi
parçası çıxarıb yerә sәrdi, ayaqqabıları onun üstünә qoyub,
ayağıma geyindirdi.
– Çox gözәl! – anam sevincәk sәslә dedi. – Sәn bu
ayaqqabılarda balaca göbәlәyә oxşayırsan.
Ayaqqabı o qәdәr gözәl idi, gözümü çәkә bilmirdim.

1 Rjanoy bazarı – Jitomirdə bazar
   20   21   22   23   24   25   26   27   28   29   30