Page 24 - Danilenko
P. 24
Vladimir Danilenko
arabir başını kiçik pәncәrәdәn çıxarıb bizә sarı boylanırdı.
Mәn ekranda kişiylә qadının necә ehtirasla öpüşdüklәrini,
qaranlıqda anamın gözlәrinin necә şövqlә parıldadığını
görürdüm. İçimdә qәribә, müәmmalı hisslәr oyanmışdı, sanki
kimsә xәtrimә dәymişdi vә ya mәn kimәsә paxıllıq edirdim.
Get-gedә daha da hiddәtlәnir, qәzәb hissindәn boğulurdum.
Mәnә elә gәlirdi ki, içimdә böyük, qara çiçәk açır, onun
lәçәklәri qırtlağıma sarılır. Axırda dözә bilmәyib, bәrkdәn
qışqırdım.
– Sakit ol! Sәnә nә olub? – anam başımı sığalladı.
Amma mәn sakitlәşmәk bilmirdim, elә bәrkdәn qışqırır-
dım ki, nәticәdә anam mәni atamın yanına aparmalı oldu.
Aparat otağında kinoprokat maşınının vә lenti fırladan böyük
çarxın sәsindәn qulaq tutulurdu. Burada sakitcә oturub atama,
kiçik pәncәrәdәn sızan işıq topasına, döşәmәdәki dәmir qutu-
lara baxırdım.
– Görürsәn? – anam mәni qucağına alıb, pәncәrәni göstәr-
di.
Ekranda bir kişi qadını qucağına götürüb, yatağa sarı
aparırdı, qadın onun gözünün içinә baxa-baxa nәsә deyirdi.
Gördüklәrimdәn dәhşәtә gәldim, bayaqkından da bәrk
qışqırdım. Bütün bәdәnim әsirdi, sanki mәni arı sancmışdı.
– Onu evә apar, – lenti çarxa dolayan atam anamdan xahiş
elәdi.
Hәmişәlik yaddaşıma hәkk olunmuş ilk tәәssüratım
bunlardır.
– Uşaqlıq vaxtlarından daha nәlәri xatırlayırsınız?
– Bundan sonrasını xatırlamıram, sanki yaddaşımda böyük
24 bir boşluq var. Yalnız yerimәyә başladığım vaxtları
xatırlayıram. Bilmirәm, onda neçә yaşım vardı. Üç yaş, bәlkә,
ondan da çox. Bir dәfә anam mәni özüylә şәhәrә apardı. Av-
tobusda adam çox idi, kişilәrdәn biri qalxıb anama yer verdi.
Anam oturub, mәni qucağına aldı. Pәncәrәdәn minik
avtomobillәrinә baxır, dәqiqәbaşı vәcdlә qışqırırdım:
– Ana, o maşına minәrik! Ona da! Ona da!