Page 29 - Danilenko
P. 29
Tarnovskilər malikanəsindəki kölgələr 29

– Demәli, danışdıq! Bazar ertәsi, çәrşәnbә vә cümә gün-
lәri, saat on sәkkizdә qәbuluma gәlәcәksiniz. Buraxdığınız
seanslara görә dә pul ödәmәli olacaqsınız, ona görә dә, xahiş
edirәm, vaxtdan sәmәrәli istifadә etmәyә çalışın.

– Bәs sizin vә mәnim rolumuz nәdәn ibarәt olacaq?
– Sizin rolunuz danışmaqdan, mәnimki isә, sizi dinlә-
mәkdәn ibarәt olacaq, – Mendel gülümsündü.
– Necә danışım, hamısını birdәn, yoxsa bir-bir, tәlәs-
mәdәn?
– Yәqin ki, sizin bioqrafiyanızda tәkcә cәnnәt bağları yox,
hәm dә minalanmış sahәlәr var, ona görә dә, tәlәsmәyә dәy-
mәz. Mәn özüm sizi yönlәndirәcәyәm, – Mendel barmaqlarını
şaqqıldatdı.
– Mәn özüm hәr şeyi yoluna qoya bilәrәmsә, – Faddey
davam etdi, – başqasının kömәyinә nә ehtiyac var?
– Siz tamaşaya baxanda, yalnız sәhnәdә baş verәnlәri seyr
edirsiniz. Sәhnә – sizin keçmişinizdir. Mәn sizi kulisә aparıb,
dekorasiyaları hәrәkәtә gәtirәn mexanizmlәri göstәrәcәyәm.
Özünüzә belә etiraf edә bilmәdiyiniz mәsәlәlәrdәn agah ola-
caqsınız.
Bir anlığa Faddeyә elә gәldi ki, kәlәfin hәr iki ucunu itirib,
nә etmәli olduğunu bilmir. Mendel onun karıxdığını görüb,
izah üçün başqa obraz seçdi:
– Tәsәvvür edin ki, rәngsazların divarları ağartdığı sәbәt-
dә, aşağıya doğru hәrәkәt edirsiniz. Bu zaman pәncәrәlәrә
baxıb, gördüklәrinizi danışırsınız. Mәrtәbәlәrdәki pәncәrәlәr –
sizin keçmişinizdir. Lap aşağıdakı pәncәrәlәrdә köhnә xatirә-
lәrinizin canlandığını görürsünüz. Uşaq vaxtı sizi narahat edәn
mәsәlәlәr hәlә dә yaxanızı buraxmayıb. Sizin ilkin tәәs-
süratlarınız vә hisslәriniz mәhz bu istiqamәtdә üst-üstә qalaq-
lanır – aşağıdan yuxarıya doğru. Bugünkü problemlәrin
mәnbәyini mәhz keçmişdә, sizin xatirәlәrinizdә axtarıb tapa-
cağıq.
– Hesab edәk ki, mәni inandırdınız, – Şvaqulyakın hövsә-
lәsi daraldı. – Gәlin başlayaq.
Aleksandr Mendel susurdu. İndi o, çayın kәnarında
dayanıb, suya girmәyә ürәk elәmәyәn adama oxşayırdı.
   24   25   26   27   28   29   30   31   32   33   34