Page 30 - Danilenko
P. 30
Vladimir Danilenko
– Mәktәbdә hansı qızlardan xoşunuz gәlirdi? – o, nәhayәt,
soruşdu. – Onlar sizi nәylә özlәrinә cәzb edirdilәr?
– Mәn Polşa sәrhәddindәki Jolkva şәhәrindә doğulmuşam, –
Faddey Şvaqulyak öz hekayәtini danışmağa başladı. – Zahirәn
Jolkva Kronbaxın1 akvarellәrini xatırladırdı, yәni sovet
hakimiyyәti onu o qәdәr dә dәyişdirә bilmәmişdi. Uşaq
vaxtlarımdan bilirdim ki, mәn Renessans dövrünün ideal
şәhәrindә yaşayıram. Biz taxtadan tikilmiş Müqәddәs Üç
Üqnum kilsәsinin yanındakı boz evdә qalırdıq. Üç Üqnum
kilsәsi möminlәrin vә şahzadә Konstantin Sobeskinin vәsaiti
ilә tikilib, Lvov tәrәfdәn Jolkvaya gәlәndә dәrhal gözә çarpır.
Anam Jolvkadandır, atam isә Makrotinlidir2. İkisi dә orta
mәktәbdә müәllim işlәyirdilәr. Anam ukrain dili vә әdәbiyyatı,
atam riyaziyyat fәnnini tәdris edirdi. Sakit, başıaşağı müәllim
uşağıydım, müәllim uşağı da, bilirsiniz, elә birinci sinifdәn
hamıya nümunә olmalıdır. Sәrt ailә әnәnәlәrinә uyğun olaraq,
çalışıb yaxşı oxumalıydım. Birinci sinifdә әlaçı idim, amma
sonra bir neçә dәfә aşağı qiymәtlәr aldım. Yadımdadır, bu әsl
ailә dramına çevrildi. Atamla anam әmin idilәr ki, mәn heç
vaxt pis iş tutmaram. Mәn dә onları mәyus etmәmәyә
çalışırdım. Babalarımla nәnәlәrim mömin, dindar adamlar idi,
mәnim ailә tәrbiyәmdә bu amil әhәmiyyәtli rol oynayıb.
Valideynlәrim dә dindar idilәr, amma öz ata-anaları qәdәr yox.
Mәn deyәrdim ki, onlar müasir adamlar idilәr – hesab edirdilәr
ki, insan nә qәdәr mürәkkәbdirsә, Tanrıya aparan yol bir o
qәdәr keşmәkeşli vә fәrdidir. Bu mәnada kilsә daha çox sadә
xalq üçündür. Hәr halda, atam belә deyirdi. Bax mәn belә bir
ailәdә, uğur kultuna tapınan insanların arasında böyümüşәm,
30 qadınlar haqqında ilk tәsәvvürlәrim dә elә onda formalaşıb.
Düzdür, küçәnin dә rolu az olmayıb, amma ailә mәnim üçün
hәmişә ön planda dayanıb. Sovet dövründә Jolkvada hәrbçilәr
mülki insanlardan çox idi. O illәrdә şәhәri raket qoşunlarının
bazasına çevirmişdilәr. Jolkvada xidmәt edәn rus hәrbçilәrinin
1 Emmanuil Kratoxvil fon Kronbax – avstriyalı məmur, rəssam, Qalitsiya haqqında
şəkilli nəşrlər müəllifi
2 Makrotin – Jolkvadan 5 kilometr aralıda yerləşən kənd