Page 35 - Danilenko
P. 35
novskilər malikanəsindəki kölgələr

– Bununla belә, qüsursuz deyillәr, elәdir? – Mendel isteh-
zayla mızıldandı. – Biri sizi tәrk edib, o biri dә çıxıb gedә bilәr.
Onu saxlayan uşaq, ev vә sizin pulunuzdur. Bәlkә, problem
onlarda yox, sizin özünüzdәdir?

– Sizinlә razılaşa bilmәrәm, – Faddey incik sәslә dedi. –
Ölkәdә böhran olmasaydı, işsizlik baş alıb getmәsәydi, Ste-
faniya mәnimlә qalardı. Yoxsa yad ölkәdә nә işi vardı? İş belә
gәtirdi: özünüqoruma instinkti, cinsi instinkt… Mәndәn uzaq
düşdü, nәticәdә italyan kişilәrinin roman temperamenti öz işini
gördü…

– Bәlkә, o, İtaliyaya heç işsizliyә görә getmәyib? Ona
qalsa, qadınların hamısı çıxıb gedәrdi.

– Razılaşın ki, gedәnlәr dә az deyil.
– Әgәr qadınlardan biri sizi atıb gedibsә, ikincisi isә, hәya-
tından narazıdırsa, bunun sәbәbini sizin keçmişinizdә axtar-
maq düzgün olmazmı? – Mendel tәklif etdi.
O, qalxıb otaqda var-gәl etmәyә başladı. Parket Mendelin
ayağı altında cırıldayırdı. Faddey fikirlәşdi ki, deyәsәn, bu
psixoterapevti başdan elәmәk vә keçmişdә eşәlәnmәsinә son
qoymaq lazım gәlәcәk. Amma bәs ailәsi necә olsun? Bu
barәdә sonra da düşünmәk olar…

6 35

Divanda uzanmış Alla fikrini heç cür cәmlәyә bilmirdi.
Aleksandr Mendelin sәsi beyninә düşmüşdü – onun mızıltılı
sәsi zәhlәtökәn mantranı xatırladırdı:

– Gәlin, uşaqlığınıza qayıdaq. Atanızla münasibәtiniz
necәydi?

– Dediyim kimi, atam kәnddә kinomexanik işlәyirdi, –
Alla sözә başladı. – O, mәni yaxşı başa düşürdü, deyәsәn,
mәni qardaşımdan çox istәyirdi. Böyük qardaşım ailәmiz üçün
başağrısına çevrilmişdi. Pis oxuyurdu, mәnim kimi çalışqan
deyildi. Qardaşım әsgәrlikdәn qayıdandan sonra Politexnik İns-
titutuna qәbul olundu. Әvvәlcә mühәndis işlәdi, sonra biznesә
girişdi. Jitomirdә bir neçә әrzaq mağazası var, heç nәyә
ehtiyacı yoxdur. Mәnsә Kiyevdә filologiya fakültәsini bitir-
   30   31   32   33   34   35   36   37   38   39   40