Page 34 - Danilenko
P. 34
Vladimir Danilenko

– Hә! – Marfa Bontso mızıldandı vә yenidәn qızını

hәdәlәdi: – Bura bax, cızığından çıxma, sәni doğulduğuna

peşman elәyәrәm!

Bundan sonra hәr dәfә evә gec gәlәndә, Stefaniya “yoxla-

madan keçirdi”. Anası onun saçından tutub, yataq otağına

çәkir, alt paltarını çıxarmağa mәcbur edir vә yoxlayırdı,

görsün, qızı bakirәliyini itirib, ya yox? Stefaniya bәzәn

tapşırılan işin öhdәsindәn gәlmәyәndә, anası otağın küncünә

qarabaşaq tökür, qızını diz çökmәyә mәcbur edir vә әmr

edirdi:

– Cәzandır, çәk!

Aleksandr Mendel Faddeyin birinci arvadı haqqında

hekayәtini dinlәyib soruşdu:

– Maraqlıdır, bәs niyә boşandınız?

– Belә alındı, – Faddey cavab verdi. – Doxsanıncı illәrin

әvvәlindә Sovet İttifaqı dağıldı; Ukraynada işsizlik baş alıb

gedirdi. Hakimiyyәtdәkilәr müәssisәlәri özәllәşdirmәyә

başladılar. İşini itirәn jolkvalılar Polşa, İtaliya vә Portuqaliyaya

üz tutmalı oldular. Stefaniya qızını Ukraynada qoyub, Neapola

getdi vә bir daha qayıtmadı. Sonra qızını da öz yanına apardı

vә boşanmaq üçün әrizә verdi. Onda atam mәktәbi atıb,

ticarәtlә mәşğul olmağa başlamışdı. Dominikan monastırının

yanında atamın bir köşkü vardı. Sonra köşklәrin sayı beşә

çatdı. Daha sonra atam siyasәtlә mәşğul olmağa qәrar verdi.

O, Nazirlәr Kabinetindәn iş tәklifi alandan sonra biznesini

anamla mәnә hәvalә edib, Kiyevә getdi. Sonradan bizi dә

Kiyevә gәtirdi. Demәk istәyirәm ki, keçmiş arvadım vә qızım

üçün darıxmağa vaxtım yox idi. Bir dәfә Neapoldan gәlәn

34 qonşumuz dedi ki, Stefaniya varlı-hallı italyana әrә gedib.
Belәcә, o öz hәyatını qurdu, mәn öz hәyatımı.

– Sizin indiki arvadınız Alla Stefaniya Bontsoya oxşayır?

Faddey Şvaqulyak tutuldu. Otağa sükut çökdü, yalnız

saatın çıqqıltısı vә Mendelin barmaqlarının şaqqıltısı eşidilirdi.

– Necә deyim? – Faddey karıxmışdı. – İkisi dә abırlı,

ismәtli qadındır… Mәn deyәrdim ki, ailә üçün onların әvәzi

yoxdur. Aza qane olan, ailәcanlı…
   29   30   31   32   33   34   35   36   37   38   39