Page 33 - Danilenko
P. 33
Tarnovskilər malikanəsindəki kölgələr 33
qızını köhnә qaydalarla tәrbiyә etmişdi. O, qızını çox yatmağa
qoymurmuş, çünki çoxyatan adam şeytanın feilinә tez uyur.
Bundan başqa, qızını şirin şeylәr yemәkdәn dә çәkindirirmiş.
– Şirin şeylәr yemәk günahdır, Stefka, istәmirәm gәnc
yaşından günaha batasan, – Marfa Bontso onu konfeti yemәyә
qoymurmuş.
– Uşağın xәtrinә dәymәyin, Marfa, – kirvә qıza qahmar
çıxdı. – Qoy uşaq konfetin dadına baxsın. Xaç anası ona pay
qoyub.
Amma Marfa tәmkinini pozmadı:
– Uşağın tәrbiyәsini pozmayın, kirvә.
Stefaniya bütün günü ev işlәri ilә mәşğul olur, dәrslәrini
hazırlayır, erkәn yatır, tez qalxırdı. On beş yaşına çatıb, qızlar
bulağından su içәndәn sonra oğlanlar ona müştәri gözüylә
baxmağa başladılar. Bundan narahat olan Marfa Bontso onu
gözündәn uzağa qoymurdu. Qorxurdu ki, kimsә Stefaniyanı
tovlayıb, başdan çıxarar, әrә getmәmiş bakirәliyi pozular.
– Nәslimizdә nikahdan әvvәl adaxlısıyla yatağa girәn
olmayıb, – Marfa Bontso belә deyirdi.
Sәkkizinci sinifdә oxuyan Stefaniya bir dәfә sinif
yoldaşının ad gününә getmiş, evә gec qayıtmışdı. Evә gәlәndә
gördü ki, hirsindәn atasının rәngi qaralıb, anasına çırtma vur-
san, qanı çıxar.
– Şahzadәyә baxın! – Marfa Bontso istehzayla qışqırdı. –
Dünya-alәm vecinә deyil! Nika, görürsәn qızını? Bundan
adam olmayacaq! Kitab oxumaq, elm öyrәnmәk әvәzinә,
küçәlәrdә sülәnir… Kişilәrdәn savayı, heç nә haqqında
düşünmür.
Marfa Bontso onun saçından yapışıb, yataq otağına sü-
rüdü.
– Tumanını çıxar! Baxaq görәk, hәlә qızsan, yoxsa yox?
Stefaniya ağlaya-ağlaya tumanını çıxardı, anası onu
çarpayıya uzadıb, hirsindәn boğula-boğula fısıldadı:
– Tәrpәnmә! Yoxsa sәni elә günә salaram, it әlindәn әppәk
alar!..
– Marfa, hәr şey qaydasındadır? – Atası qapının arxasın-
dan sәslәndi.