Page 37 - Danilenko
P. 37
Tarnovskilər malikanəsindəki kölgələr 37
– Şam edәcәksәn? Kәsmikli kartof piroqları bişirmişәm,
xoşuna gәlәcәk, – atam tavanı sobadan çıxardı.
Anam süfrәyә oturdu, çәngәllә piroq götürüb, qaymağa
batırdı vә yemәyә başladı. Fikri uzaqlarda, gәldiyi yerlәrdәydi,
yağlı dodaqlarına tәbәssüm qonmuşdu. O, stolun üzәrinә
әyilib, saçını arxaya atanda boynundakı qızartıları gördüm.
Atam baxışlarımı tutsa da, üstünü vurmadı, sakitcә kaminin
üstündәn siqaret vә kibrit götürüb, kәtilә әylәşdi.
– Evdә siqaret çәkmәk olmaz, – anam sәsini ucaltdı.
Atam kirimişcә hәyәtә çıxıb, skamyada oturdu. Mәn dә
onun yanına gәldim. Atam çiynimi qucaqlayıb, siqaret çәkir,
ulduzlu sәmaya baxırdı. Sәmaya sanki isti kül sәpmişdilәr,
ulduzların bozumtul işartısı adamı xoş әhvali-ruhiyyәyә
köklәmirdi. Dinib-danışmırdıq, sakitcә oturmuşduq. Siqaret
tüstüsünü hәrisliklә ciyәrlәrinә çәkәn atamın әllәri әsirdi. Bu
sükut istәnilәn söhbәtdәn mәnalı vә fәsahәtliydi. O, siqareti
siqaretә calayırdı, mәnsә ona qısılıb, gözlәrimi yummuşdum.
Belәcә onunla yanaşı oturub, susmaq, onun sevgisini hiss
etmәk mәnimçün çox xoş idi.
– Atanız heç vaxt hirslәnib, özündәn çıxmırdı? Sizinlә
hәmişә yumşaq davranırdı?
– Atam yalnız kәnardan iradәsiz, üzüyola adam kimi
görünә bilәrdi. Әslindә, tanıdığım kişilәrin çoxundan sәrt
adam idi. Bir dәfә Buymir kәndindә yaşayan qohumlarımızın
evinә, toya getmişdik. Bәylә gәlinin dostları vә yaxınları ilә
birgә Jitomirdәn avtobus kirayәlәmişdik. May ayının
sonlarıydı. Akasiya ağacları çiçәk açmışdı, onların әtri avto-
busun açıq pәncәrәlәrindәn içәri dolur, әsl bahar ovqatı
yaradırdı. Bu avtobusla dünyanın o başına da getmәk olardı.
Onda on dörd yaşım vardı, qarşıda mәni gözlәyәn gözәl
günlәrin sevincini yaşayırdım. Tarasovkaya1 çatanda gördüm
ki, Fastov2 yük qatarı gәlir. Avtobusdakıların hamısı bayram
әhvali-ruhiyyәsinә köklәnmişdilәr, hamı deyib-gülür, söhbәt
1 Tarasovka – Jitomir yaxınlığında kənd
2 Fastov – Kiyev vilayətində qədim şəhər