Page 32 - Danilenko
P. 32
Vladimir Danilenko
bәlkә dә, mәndәn bir yaş kiçik olardı. O, dondurma yeyә-yeyә
zibilliyә, çayın qırağında ağaran qarğa zılına, biçilmiş kәsif
iyli otlara baxır, üz-gözünü turşudurdu. Sarışın, çilli,
fındıqburun qız idi. Dondurmanı yeyib qurtarandan sonra
kağızını çaya atdı vә arxaya çevrildi. Onunla göz-gözә gәldik.
Mәni görәndә yanaqları allandı, üzünün ifadәsi sәrtlәşdi.
Üzümә elә baxdı ki, elә bil mәnә meydan oxuyurdu. Özümdәn
asılı olmadan, onun arxasınca düşdüm…
Şam yemәyindәn sonra Stanislav Lemin kitabını oxumağa
başladım. Sonra işığı söndürüb yatmaq istәdim, amma nә illah
elәdim, gözümә yuxu getmәdi. Körpünün üstündә gördüyüm
qızın şәhvәtli baxışları gözümün önündәn çәkilmirdi. Hiss
etdim ki, içimdә qәribә, şәhvani hisslәr baş qaldırır. İstәr-
istәmәz, anamın xәbәrdarlığını xatırladım – o deyirdi ki, mәn
yaşda oğlan qızlar haqqında fikirlәşmәmәlidir, çünki belә
şeylәrin axırı pis qurtarır.
Faddey sözünü qurtarıb susdu. Aleksandr Mendel, adәti
üzrә, yerindә qurcuxub, barmaqlarını şaqqıldatdı.
– Demәli, uşaqlıqdan әxlaqsız qızlara meyil etmisiniz,
elәmi?
Faddeyin yanaqları qızardı, bu qәnaәt onun özünü dә
tәәccüblәndirdi.
– Әxlaqsız demәzdim, – etiraz etmәk istәdi.
– Yaxşı, belә deyәk – günaha batmış qızlar.
– Hә, belә daha yaxşıdır, әxlaqsızlıq – sonradan meydana
çıxıb, günah isә – lap әvvәldәn olub. Günah qadının tәbiәtin-
dәdir.
– Bu, nәyisә dәyişdirirsә, qoy siz deyәn kimi olsun, –
Aleksandr Mendel dedi. – Maraqlıdır, sizin birinci arvadınız
32 da günaha batmışdımı?
– Yox, nә danışırsınız?!. – Faddey hirsini güclә boğdu. –
Birinci arvadım abır-hәya, ismәt mücәssәmәsi idi. O,
mühafizәkar, dindar ailәdә böyümüşdü. Adı Stefaniya idi,
Blışşivoda1 böyüyüb boya-başa çatmışdı. Onun bütün nәsli
orada yaşayır. Stefaniyanın anası, mәnim birinci qayınanam
1 Blışşivo – Lvov vilayətinin Jolkovski rayonunda kənd