Page 27 - Danilenko
P. 27
Tarnovskilər malikanəsindəki kölgələr 27
mәni hәvәslәndirirdi. Yaxşı oxumağa çalışırdım, onlara
başağrısı vermәk istәmirdim. Gözәl yaddaşım vardı, özüm dә
çalışqan idim. Dәqiq elmlәri mәnimsәmәkdә çәtinlik çәksәm
dә, heç vaxt ruhdan düşmürdüm. Aza qane olan, iddiasız,
sәliqәli şagird olduğum üçün müәllimlәr xәtrimi çox
istәyirdilәr. Amma yeddinci sinifdә mәktәbimizә yeni kimya
vә biologiya müәllimi gәldi. Jitomirli bu qarımış qız, nәdәnsә,
mәni gözümçıxdıya salmışdı. Bilmirdim, mәndәn nә istәyir,
niyә onun xoşuna gәlmirәm? Ümumiyyәtlә, insan simpatiyası
vә antipatiyasının sәbәblәrini kim izah edә bilәr? Onunla
rәqabәt aparmırdım, ona heç bir pisliyim dә keçmәmişdi.
Amma bu müәllimә mәni görәndә cin atına minirdi. Onda ilk
dәfә dәrslәrimdәn “üç” almağa başladım.
– Bu nәdir? – anam tez-tez gündәliyimi әlindә silkәlәyib
qışqırırdı. – Biz hamıya danışırıq ki, ağıllı, gözәl qızımız var,
sәnsә bizi rüsvay edirsәn!.. Bu il iki “üç” gәtirmisәn. Gәlәn il
nә gәtirәcәksәn? Әtәyindә uşaq?! Elә isә, mәktәbi at, bir
әyyaşa әrә get, sonra da Jitomirdә küçә süpür! Özün kimisini
tap, onunla yaşa! Görәk, yaşlananda kim sәnin qeydinә qala-
caq…
Mәn öz otağıma çәkilib, qapını arxadan bağladım vә
üzüqoylu divana uzanıb, hönkür-hönkür ağlamağa başladım.
Anam isә sakitlәşmәk bilmirdi, bağıra-bağıra deyirdi ki, mәn
әyri yola düşmüşәm, belә getsә, hәyatım puç olacaq. Onun
dediklәrindәn belә çıxırdı ki, bu cür oxumağa davam etsәm,
mәktәbi qurtarandan sonra uzağı dәlixanada sanitar vә ya ic-
timai tualetlәrdә xidmәtçi işlәyә bilәrәm. Atam onu sakitlәş-
dirmәyә, könlünü almağa çalışırdı.
– Düz demirәm? – anam bağırırdı. – Ya Quyvada1 işlәyә-
cәk, ya da tualet tәmizlәyәcәk!
Sәkkizinci sinifdә qiymәtlәrimi birtәhәr düzәltdim –
kimya vә biologiyadan ev tapşırıqlarını başa düşmәsәm dә,
әzbәrlәyirdim. Yuxuda tez-tez görürdüm ki, kimya dәrsindә-
yәm, lövhәnin qarşısında dayanıb tәr tökürәm. Yalnız uşağım
1 Quyva – Jitomir yaxınlığındakı ruhi dispanser