Page 41 - Danilenko
P. 41
novskilər malikanəsindəki kölgələr

nә dә doğma torpağınız. Siz kimsiniz axı? – o, Pavel әmiyә
tәrәf çevrildi. – Sәn öz qardaşından utanırsansa, burada mәnim
nә işim var?

Atam stolun arxasından qalxdı. Әmimlә arvadı onu nә qә-
dәr dilә tutsalar da, xeyri olmadı. Elә o gün әşyalarımızı toplayıb,
Donbası tәrk etdik. Atam ölәnә kimi qardaşını danışdırmadı.

Qatarda Donetsk Universitetinin professoru ilә eyni
kupeyә düşmüşdük. Yolboyu atamla professor kino haqqında
söhbәt edirdilәr. Artıq onda başa düşmüşdüm ki, ziyalılar
Ukrayna kәndlilәrinә fәhlә sinfindәn daha yaxındır. Fәhlәlәr
sanki milli adәt-әnәnәlәri unudub, tamamilә yadlaşmışdılar.

O sәfәrdәn sonra Ukrayna filologiyası fakültәsindә oxu-
mağı qәrara aldım. Mәni buna Pavel әminin vә Semyon
Pendyurkonun komplekslәri, atamın davranışı, donetskli pro-
fessorun söhbәtlәri sövq etmişdi. Yadımdadır, professor elә
gözәl, ibarәli danışırdı ki, elә bil Ukrayna klassiklәrinin ro-
manlarından çıxmışdı.

Alla susub, Aleksandr Mendelin üzünә baxdı. Psixotera-
pevtin sifәtindәn zәhrimar yağırdı. Alla onun mәnzilindәn
çıxanda hiss etdi ki, danışdıqları Mendelin xoşuna gәlmәyib,
öz xatirәsini danışmaqla o, bu torpaqlarda әsrlәrlә etnik
gәrginliyi körüklәyәn hansısa gizli mexanizmi aşkara çıxarıb.

7 41
– Belә.., – Aleksandr Mendel köks ötürdü, – bu gün sizin
valideynlәriniz barәdә danışacağıq.
Faddey Şvaqulyak divanda uzanıb, Aleksandr Mendelin
ayaqları altında cırıldayan parketin sәsini dinlәyirdi.
– Baxışlarınızın formalaşmasında kim daha çox rol oyna-
yıb, atanız, yoxsa ananız? – nәhayәt, o, kresloya yayxanıb
soruşdu.
– Mәn hәmişә atama etibar etmişәm, – Faddey Şvaqulyak
cavab verdi, – o, mәnim üçün nümunәydi. Altmışıncı illәrin
әvvәllәrindә, UPA-nın1 müqavimәti sındırıldıqdan sonra

1 UPA – İkinci Dünya müharibəsi zamanı Ukraynanın azadlığı uğrunda mübarizə
aparan partizan ordusu
   36   37   38   39   40   41   42   43   44   45   46