Page 42 - Danilenko
P. 42
Vladimir Danilenko

bәlәdiyyә binasının üzәrindә sarı-göy bayraq peyda oldu.
Dәrhal şәhәrdә hәrbi vәziyyәt elan olundu, Jolkvaya tanklar
gәtirildi. Amma tanklar dar Qlinski darvazasından keçib,
şәhәrә girә bilmәdilәr. Onda hәrbçilәr şәhәr davazasını part-
latmaq fikrinә düşdülәr. İlk partlayışda darvaza dağılmadı, onu
yalnız sәhәrә yaxın partlada bildilәr. Binanın üzәrindә
dalğalanan bayrağı atam asmışdı. Bunu sirr kimi saxlayırdılar,
uzun müddәt mәnә dә heç nә demәmişdilәr. Yalnız sonradan
xәbәr tutdum. Mәn böyüyәndәn sonra anam danışdı. Mәn
hәmişә öz ürәyinin diqtәsiylә hәrәkәt edәn, cәsur, qorxmaz
atamla fәxr etmişәm. Әslindә, atamın bu hәrәkәti şәhәrin tarixi
әnәnәlәrinә dayanırdı. Jolkva Krımdan Polşaya aparan yolun
üstündә yerlәşir. Haçansa tatarları şәhәrә yaxın buraxmamaq
üçün şәhәr divarlarının üzәrindәn tatar atlıların üstünә pәtәk
atırlarmış. Arılar atlılara hücum edir, onları çaxnaşmaya
salırmış. Jolkvada cәsur insanların hörmәtini saxlayırlar. Ona
görә dә, atamın dediklәri mәnim üçün qanun idi.

Mendel әyilib, әllәriylә dizini qucaqladı.
– Deyirsiniz ki, sizi kişi idealları ilә böyüdüblәr. Maraq-
lıdır, bәs incәsәnәtә münasibәtiniz necәydi? Belә deyәk, kişi
müğәnnilәri daha çox bәyәnirdiniz, yoxsa qadın müğәnnilәri?
– Mәnim musiqi zövqüm altmışıncı illәrin sonlarında
formalaşıb. Nikolay Kondratyukun gur sәsi hәlә dә qulaqla-
rımdan getmәyib. Onun könüloxşayan, ürәklәri riqqәtә gәtirәn
mәlahәtli sәsi yaddaşımda dәrin iz buraxıb. Onun “Payız
sәması çiçәklәyir”, “Vadiyә duman gәlib” mahnıları elә gözәl
sәslәnirdi ki, bunu unutmaq mümkün deyil. Dmitri Qnatyukun
baritonu, Boris Qmırinin bas sәsi… O vaxtlar radioda daha
zövqlü musiqilәr sәslәndirilirdi.
42 – Deyin görüm, – Mendel kresloda qurcuxdu, – necә izah
edim?.. Valideynlәriniz kәnar adamların yanında öz hisslәrini
büruzә verirdilәr? Bir-birini sevdiklәrini nümayiş etdirmәkdәn
çәkinmirdilәr?
– Nәyi deyirsiniz? Başqalarının yanında öpüşürdülәr, ya
yox?
– Mәn onların yataqdakı münasibәtlәrini nәzәrdә tuturam.
– Mәn onları güdmürdüm, – Şvaqulyak mızıldandı.
   37   38   39   40   41   42   43   44   45   46   47