Page 20 - Danilenko
P. 20
Vladimir Danilenko
әylәncә axtaran qadınlardan deyildi. Qızını böyütmәli, evin
problemlәri vә qayğıları ilә mәşğul olmalı idi. O, öz hisslәrini
cilovlamağı bacarırdı. Çünki gecәlәr evә sәrxoş gәlib, ölü kimi
yatan, üst-başı ucuz qadın әtri qoxuyan, sәhәr tezdәn oyanıb,
dostlarıyla ova gedәn әrini yaxşı tanıyırdı. Bir tәrәfdәn, bu
vәziyyәt onu tamamilә qane edirdi. Amma ömrünün sonuna
kimi erotik duyğulardan, intim tәәssüratlardan mәhrum ola
bilәcәyini düşünәndә, qorxu hissi bütün varlığına hakim
kәsilirdi. Onun yaşadığı ölkәdә insanların çoxu başını güclә
dolandırırdı, yoxsulluq vә kasıblarla varlılar arasındakı uçu-
rum, sosial kataklizmlәr bitib-tükәnmәk bilmirdi. Bir tәrәfdәn
dә, qonşu ölkәdәn gәlәn tәhlükә insanları rahat nәfәs almağa
qoymurdu. Әksәr qadınlar kimi, o da tәk qalmaqdan, tәnha-
lıqdan, pulsuzluqdan, bir dә, hәyasız, arsız cavan qadınlardan
qorxurdu. O cavanlardan ki, ağına-bozuna baxmadan bütün
kişilәri başdan çıxarmağa hazır dayanıblar. Bu qızlar üçün
“yad kişi” anlayışı yoxdur, istәdiklәri hoqqanı çıxara bilәrlәr.
Alla vә Faddey bir-birinә öyrәşmişdilәr. Allanın artıq otuz do-
qquz yaşı vardı vә yaxşı bilirdi ki, intim hәyatı qorxulardan
üstün tutmaq olmaz. Amma yenә dә öz gәlәcәyinә görә çox
narahat idi.
Hәr axşam kitab götürüb yatağına girәn Alla, bir az oxu-
duqdan sonra, işığı söndürüb, gözlәrini yumur, mışıl-mışıl
yatan әrinin nәfәsini dinlәyirdi. Fikirlәşirdi ki, qәlbini sarmış
mәyusluq vә çıxılmazlıq hissindәn nә vaxt yaxa qurtaracaq?
Faddey Şvaqulyak Allanın üzünә baxa-baxa, ondan nә
vaxt soyuduğunu xatırlamağa çalışırdı. Bu, Polşada olmuşdu.
Maşınla Krakovdan Beskid dağ silsilәsinin әtәyindәki Krinitsa
20 şәhәrinә gedirdilәr. Şәhәr Slovakiya ilә sәrhәdin yaxınlığında
yerlәşir. Qәdim Lemkovşinaya1 sәyahәt zamanı baş verәnlәr
onların münasibәtindә dönüş nöqtәsi oldu. İyunun ortaları idi.
Seyrәk dumana bürünmüş yaşıl dağ mәnzәrәlәri bir-birini
әvәzlәyirdi. Yollar Ukrayna yollarından seçilmirdi, yalnız
Polşa radiostansiyaları xatırladırdı ki, onlar evdә deyillәr.
1 Qədim Lemkovşina – əsasən, etnik ukraynalıların məskunlaşdığı ərazi