Page 231 - Danilenko
P. 231
şan

“Sağ olun, – Skoroxod köynәyini düzәltdi. – Borcum nә 231
qәdәrdir?”

“Borc nәdir? Bu, mәnim işimdir!”, – hәkim stetoskopunu
yığışdırdı.

“Yenә dә!”
“Mәnә borcunuz yoxdur, işimә görә maaş alıram.”
“Yox, hәr işin öz qiymәti var”, – Skoroxod israr etdi.
“Sizdәn pul götürmәyәcәyәm, – hәkim ayağa qalxdı. –
Hörmәt elәmәk istәyirsinizsә, dovşanı mәnә bağışlayın.”
“Dovşanı?..” – Skoroxod özünü itirdi.
“Sizdәn yalnız onu götürә bilәrәm.”
“O, sizdә qalmayacaq axı”…
“Niyә qalmır? Onu yaxşı yemlәyәcәyәm.”
“O, buralara öyrәşib, bu evә, mәnә, Turovetsә…”
“Yaxşı yemlәsәn, it belә yeni sahibinә öyrәşir, bu isә
sadәcә dovşandır”, – hәkim cavab verdi.
“Yaxşısı budur, sizә pul ödәyim.”
“Xәtrimә dәymәk istәyirsiniz?”, – hәkim gözlüyünü
düzәltdi.
Evә dәrin sükut çökdü. Yalnız damdan pәncәrә önünә
düşәn damcıların sәsi eşidilirdi. Musiy ehtiyatla qulaqlarını
şәklәyib, sükutu vә damcı sәslәrini dinlәyәn dovşana baxdı.
Dam örtüyünün üzәrindә qalaqlanmış qar xışıltıyla sürüşüb
yerә düşdü. Hәkim tәnәylә Skoroxodun gözünün içinә baxıb
dedi:
“Nә tez unutdunuz – mәn sizi ölümdәn qurtarmışam”.
Musiy nә qәdәr heyifsilәnsә dә, dovşanı ona vermәli oldu.
“Yaxşı, götürün”, – Skoroxod qaşqabağını salladı.
“Narahat olmayın, ona yaxşı baxacağam” – hәkim sevinә-
sevinә dovşanı qamarladı.
“Yaman çırpınır”, – üz-gözündәn mәmnunluq yağan
hәkim tәcili yardım maşınına sarı addımladı.
Amma maşına әylәşәndә, bәrk çığırtı eşitdi:
“Dayanın!”
Skoroxod qaça-qaça maşının yanına gәldi.
   226   227   228   229   230   231   232   233   234   235   236