Page 236 - Danilenko
P. 236
Vladimir Danilenko
Havalı kimi şәhәri dolaşan Musiy Skoroxod Bolşaya

Berdiçevskaya küçәsinә gәlib çıxdı. O, trolleybusun yanından
ötüb, küçәnin o tәrәfinә keçmәk istәdi. Elә bu vaxt köhnә av-
tobusun arxasından böyük, qara “Pikap” çıxdı. Ağır zәrbә sәsi
divarlarda әks-sәda doğurdu; qarın üstünә sәrilәn bәdәnin
yanında böyük qan lәkәsi әmәlә gәldi. Dayanacaqda qadınlar
qışqırdı, maşınlar fit vermәyә başladı. Elә bu an toplaşanlara
elә gәldi ki, küçәdәn qasırğa kimi bir kölgә keçdi; bir anlığa
yerdәki cәsәdin yanında ayaq saxladı vә onun üzünü yalayıb,
bu böyük, laqeyd şәhәrin dar küçәlәrindә gözdәn itdi.

236
   231   232   233   234   235   236   237   238   239   240